Saat:06:34
Haqqımızda

30 noyabrın informasiya qəzası: bir neçə saat gecikmə və boommbb...

2021-12-04 10:17:00

30 noyabrın informasiya qəzası: bir neçə saat gecikmə və boommbb...

14 hərbçimizin şəhid olduğu qəza ilə bağlı müzakirələrin hansı yöndə olursa-olsun, hələ də davam etməsində qeyri-adi heç nə yoxdur. Bu həm də o deməkdir ki, baş vermiş dəhşətli hadisə ilə bağlı hələ də cəmiyyətin cavab tapmadığı, cavab axtardığı suallar var. Əlbəttə ki, qəzanı DSX rəhbərliyinin və ya hakimiyyətin əleyhinə çevirib beyinləri dumanlandıranlar da var və olacaq.

Onlara gerçəklik heç gərək də deyil, bu cür boşluğu “doldurmaq” məhz bu dairələrin işidir. Onların hələ də sözü varsa, bu, hələ də həmin hadisədən sonra yaranmış informasiya boşluğunun davam etməsinə işarədir.

İnformasiya qıtlığı varsa, dövriyyəyə şaiyələr, ən müxtəlif fərziyyələr girəcək. Bu qəza məsələn, Rusiya və ya İran sərhəddində baş versəydi, Allah bilir, aylarla ən müxtəlif versiyalar fırlanacaqdı. Hələ də deyirlər ki, helikopteli “xaric vurub”, hətta konkret ölkə adları da çəkirlər. “Kosmosdan vurulub” deyənlər də var. Ortada 14 ailənin başına gəlmiş müsibət var, o adamlar isə dayanmırlar- üyüdürlər, uydururlar, amma usanmırlar. Heyrət etməyə bilmirsən, nədir bu insanların yarasının üstünə duz basmaq, nədir bu davranışın adı? Reportajlar yazırlar şəhid pilotların ailələrindən, adam sonadək oxuya bilmir. Çoxu inanmır hələ başlarına gəlmiş müsibətə. Bəzi adamlar isə dayanmır- onlara ürək-dirək, təskinlik vermək əvəzinə ağıllarını alırlar. “Vurublar”, “partladıblar...”

thumb.jpg (304 KB)

Bir ananın dediklərini oxudum. Səhər 22 yaşlı balasını işə yola salıb,axşam yanmış cəsədini qucaqlayıb. Heç olmasa, bu anaya qıymayın, yanmış ürəyini siz də partlatmayın...Qəddarlıqdır. Bu informasiya və ya həqiqət axtarışı deyil, zalımlıqdır, doğmalarını itirmiş insanlara işgəncədir. Onların övladları, ərləri, qardaşları geri qayıtmayacaq, bu hadisə onlar üçün nə yazıq ki, son nəticədir! Bundan sonra heç nəyi dəyişmək, onları geri qaytarmaq mümkün olmayacaq...

Şəhid sərhədçilər II Şəhidlər xiyabanında dəfn olunacaq - Press.az

Həqiqəti bilmək isə mütləq lazımdır, amma çığıraraq, kimlərinsə yarasını basmaqla, kimlərisə ittiham etmək üçün bəhanə tapmış kimi yalan-dolanla deyil...

Cəmiyyətin çıxardığı nəticə ortadadır: müvafiq dövlət strukturları bu sınaqdan çıxa bilmədi, hətta onlar da “qəzaya düşdü”, “yandı”. Məsələni yalnız DSX-ya və ya mətbuat xidmətinin üzərinə yükləməklə iş bitmir. Dövlətin informasiya siyasətində FV-də işləmək, SOS siqnalını göz və qulaqla qəbul etmək problemi var. Hadisədən sonra axşam saatlarında həm Respublika Prokurorluğunun, həm DSX rəhbərliyinin tələsik mətbuat konfransı keçirmələrinin bir səbəbi vardı. Mənim izahım belədir: Prezident İlham Əliyev onları hərəkətə gətirdi, həm də şübhəsiz danladı, susqunluğa və şaiylərə görə “ayıb olsun” dedi. Sonra onlar çıxdılar danışdılar. Əslində onların dediklərinin əksəriyyətini artıq saytlar sosial şəbəkələrdən “dənləyib” yazmışdılar. Onlar çıxıb yeni məlumat verməli, hadisə yerini, qəzaya düşmüş helikoptelin görüntülərini göstərməli, sosial şəbəkələrdə “partlaq vermiş” suallara mümkün qədər cavab verməli idilər. Helikopteldə olan 14 nəfərin adını dəqiqləşdirmək 5 saatın yox, 5 dəqiqənin işidir. “Əvvəl dəqiqləşdirmə apardıq”, “ailələrinə xəbər verirdik”- bunlar isə ümumiyyətlə, heç bəhanə də deyil. Məsələn, şəhidlərin birinin anası deyir ki, ona hadisə barədə saat 15-də məlumat veriblər. Hadisədən 4 saat yarım sonra yəni...

2277606.jpg (363 KB)

Dövlət strukturlarının əksəriyyəti informasiya işinə barmaqarası baxır. “İnformasiya bombası”nın gücünü bilmirlər, ya da ciddiyə almırlar ona görə... İndi sosial şəbəkədə istənilən xəbəri bir düymənin komandası ilə minlərlə adamın ixtiyarını vermək mümkünsə, siz, dövlət rəsmiləri bu “bombalı saata” diqqət etməlisiz. Çünki bir neçə dəqiqə gecikmə və boommbb...

Qardaş Türkiyəyə baxın: bütün nazirlərin şəxsi facebook və tvitter səhifələri var- oradan xitab edirlər, oradan dövlət əhəmiyyətli xəbərləri yayırlar, oradan yalan xəbərləri təkzib edirlər...Bizim hansı nazirin “tvt” səhifəsi olduğunu şəxsən mən bilmirəm, amma əminəm ki, bir-iki istisna ilə, heç bu barədə düşünməyiblər də.

herbciler 030_1135831937526087031_n.jpg (59 KB)

Dövlət bu işə ciddi yanaşmalıdır. Demirik ki, dövlət sirri yaysınlar, deyirik ki, cəmiyyəti narahat edən, ölkədə informasiya qarışıqlığı, təxribatı yayanların qarşısını rəsmi informasiya ilə alsınlar. Bu cür hadisələrdən sonra yaşanan qarışıqlıq dövlətin nüfuzuna ciddi zərbədir. İnsanlar düşünürlər ki, sabah Allah uzaq eləsin, daha miqyaslı hadisə baş versə, dövlət strukturları özlərini belə səhlənkarmı aparacaqlar? Müharibədə bu işi pis qurmadılar, daha böyük informasiya işini Prezident üzərinə çəkməli oldu. Amma müharibə bitməyib ki...Azərbaycan yenə düşmən Ermənistanla üz-üzədir, hər gün ən müxtəlif təxribatlar olur.Düşmənin gözü də, ağır nəfəsi də üzərimizdədir, informasiya müharibəsi isə bir gün belə dayanmır. O səbəbdən, “hadisə oldu, keçdi” deməməlidirlər, dövlət məmurlarının, nazirlərinin cəmiyyətlə əlaqə, informasiya işi nəzarətə götürməlidir, ciddi dəyişməılidir. Yoxsa, sosial şəbəkələrdəki qərəzli ağızları, düşmən “dəyirmanına su daşıyanları”, şaiyə həvəskarların ağzını heç vaxt yummaq mümkün olmayacaq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR