30-dan artıq ölkənin vətəndaşlarının Amerikaya səfərlərinə qadağanlar tətbiq ediləcək
Hurriyyet.az xəbər verir ki, 30-dan artıq ölkənin vətəndaşlarını Amerika Birləşmiş Ştatlarına girişi məhdudlaşdırıla və ya qadağan edilə bilər. Bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem məlumat verib. Nazir "Foks Nyus" (Fox News) telekanalının efirində deyib: "Dəqiq rəqəm deyə bilmərəm. Lakin onların sayı 30-dan çoxdur. Əgər ölkənin sabit hökuməti yoxdursa, onlar gələn adamların kim olduqlarını izah edə bilmirlərsə, onları yoxlaya, onlara yardım edə bilmirlərsə, niyə bu ölkələrin sakinlərini Birləşmiş Ştatlara buraxmalıyıq?"
Amerika mediasının məlumatına görə, Vaşinqton vətəndaşlarının ABŞ-yə səfəri məhdudlaşdırılan, yaxud da qadağan edilən ölkələrin sayını 19-dan 32-yə qədər artırmaq məsələsini nəzərdən keçirir.
Hürr Tərcüman
