"3 variantımız var, ya Azərbaycana tabe olmalıyıq..." - Vardanyan

2022-12-27 10:14:00

Daha əvvəl xəbər verdiyimiz kimi, dekabrın 25-də Qarabağdakı ermənilər Xankəndidə Laçın dəhlizinin açılması tələbi ilə etiraz aksiyası keçiriblər.

Hurriyyet.az xəbər verir ki, Qarabağdakı qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan aksiyaçılar qarşısında çıxış edib.

O bildirib ki, indiki vəziyyətdə 3 variant var:

“Birincisi, biz Azərbaycana tabe oluruq və ona inteqrasiya edirik, ikincisi, burdan gedirik, üçüncüsü, biz mübarizə aparırıq. Sentyabrın 2-də qərarımı vermişəm, buradayam, döyüşürəm və buradan getməyəcəm və Azərbaycanın şərtlərinə tabe olmayacağam. “Artsax”ın müstəqilliyi üçün hər şeyi verəcəm. Möcüzə olmayacaq, möcüzə gözləməyin, qarşıda bizi çox çətin bir yol gözləyir, o yolu birlikdə keçəcəyik. Amma inansaq, birlikdə olsaq, əminəm ki, nəinki biz dünyaya kömək edəcəyik, dünya da bizə kömək edəcək”.

yeniavaz.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.168327