Saat:12:48
Haqqımızda

"3 uşağım ola-ola niyə mənə cəmi 400 manat sosial yardım verilir?! – ŞİKAYƏT

2024-11-27 13:58:24

Saatlı rayon sakini Məhərrəmova Könül Qərib qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.  Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

Mən Məhərrəmova Könül Qərib qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat ümün bildirim ki, artıq 1,5 ildir həyat yoldaşım həbsdədir. 3 uşağım var. Ən böyük uşağımın 10, ən kiçiyinin isə 6 yaşı var. Azyaşlı övladım olduğuna görə, işləmirəm, qohum-əqrabanın yardımı ilə dolanırıq.

Ünvanlı sosial yardım alıram. Mənə 400 manat pul verilir. Adıma da heç bir təsərrüfat yoxdur. Niyə mənim 3 uşağım ola-ola 400 manat pul verilir?!

Xahiş edirək ki, bu məsələni rəsmi qurumlarla aydınlaşdırasınız”.

Vətəndaşın şikayəti ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxladıq. O bildirildi ki, sosial yardım üçün ayrılan müavinət ailəyə daxil olan gəlirə əsasən hesablanır: “Vətəndaş ətrafli məlumatı idarəyə müraciət edərək aydınlaşdıra bilər”.

Aynurə İSMAYIL

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.203165