3 ölkənin sülhməramlıları Qazaxıstandan çıxdı

2022-01-14 10:31:00

3 ölkənin sülhməramlıları Qazaxıstandan çıxdı

KTMT-nin sülhməramlı kontingentinə daxil olan Ermənistan, Qırğızıstan və Tacikistanın hərbi qüvvələri Almatını tərk edib və daimi dislokasiya yerlərinə yollanıblar.

Hurriyyet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ermənistan hərbçiləri Rusiyaya Hərbi Kosmik Qüvvələrinə məxsus 3 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsi ilə Qazaxıstandan çıxıblar.