3 it 40 yaşlı kişini parçalayıb öldürdü, iki nəfər ağır yaralandı - Masallıda dəhşət
2023-02-24 19:11:00

Masallıda 3 itin hücumuna məruz qalan 40 yaşlı kişi dünyasını dəyişib.
Hurriyyet.Az bildirir ki, bu barədə Qaynarinfo-ya rayonun Viləş kəndindən məlumat verilib. Kənd sakinlərinin sözlərinə görə, Ceyhun adlı kişi örüş sahəsində qoyun otarırmış. Həyət evlərindən çıxan 3 it ona hücum edib. Yaxınlıqda Ceyhunun səsini eşidən iki nəfər köməyə gəlib. Amma onlar hadisə yerinə çatana qədər 3 it Ceyhunu parçalayıb.
Sakinlər həmin şəxsin hadisə yerində can verdiyini deyib: "İtlər onu elə parçalamışdı ki, bağırsaqları bayırda idi. Apardılar xəstəxanaya, elə oradaca dünyasını dəyişib”.
Ceyhuna köməyə gələn iki nəfər xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin ağır olduğu bildirilir.
Bahar Rüstəmli
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya