3 illik hədəfə 1,9 ilə nail olduq

2022-08-26 17:56:00

3 illik hədəfə 1,9 ilə nail olduq

Bu gün cənab Prezident Laçın şəhər mərkəzinin, Zabux və Sus kəndlərinin tamamilə azad olunduğunu və Azərbaycan ordusunun bu ərazilərə daxil olması ilə bağlı xoş müjdəni bizlərə çatdırdı.

Bu sözləri Axar.az-a millət vəkili Mahir Abbaszadə Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı danışarkən deyib.

“2020-ci ildə böyük qələbə əldə etdikdən sonra üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Qarabağda yaşayan etnik ermənilərin Ermənistanla əlaqələrini yaxşılaşdırmaq məqsədi ilə Laçın şəhər mərkəzindən, Zabux və Sus kəndi ərazisindən keçməklə Ermənistana dəhliz verilmişdi. Böyük qələbəmizin iki ili tamam olmadan Laçın şəhərinə toxunmadan yeni bir yolun çəklişini Azərbaycan tərəfi yerinə yetirdi. Artıq Laçın şəhəri azaddır! Bu, həm də diplomatik qələbədir! Biz 3 illik hədəfə 1 il 9 ay ərzində nail ola bildik!

Bütün laçınlılar sevinc içindədirlər. Çünki öz doğma torpaqlarımıza qayıdırıq. Bu baxımdan biz laçınlılar çox xoşbəxtik!

Əminik ki, Laçının dağılmış iqtisadiyyatı bərpa olunacaq və bu ərazilərdən uzun müddət məcburi köçkün düşmüş insanlar bundan sonra öz ata-baba yurdlarında daimi yaşayacaq və Azərbaycanın dilbər güşələrindən olan Laçın rayonunda qaldırılmış üçrəngli Azərbaycan bayrağı bir daha enməyəcək”, - deputat qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.101297