“3 dəfə rəisin otağında döyülmüşəm, şikayətimə baxılmır” - ŞİKAYƏT

2023-01-12 12:27:00

“3 dəfə rəisin otağında döyülmüşəm, şikayətimə baxılmır” - ŞİKAYƏT

Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Nehrəm Qəsəbə sakini Məmmədov Əlizaman Abbas oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ali təhsilli olmağına baxmayaraq  işsizlikdən əziyyət çəkir:

“Mən, Məmmədov Əlizaman Abbas oğlu, ali təhsilliyəm, 32 yaşım var. 2015-ci ilin avqust ayında Babək rayon Təhsil şöbəsində metodist olaraq işə daxil oldum. 2018-ci il sentyabr ayında heç bir əsas olmadan işdən çıxarıldım. Nefti bazanın müdiri Bəhruz müəllim tərəfindən Naxçıvan MR təhsil naziri Rəhman Məmmədova zəng edilib, işdən çıxarıldım.

İşdən çıxarılmağımın səbəbkarları 2018-ci ildə təhsil naziri Rəhman Məmmədov və nazirin 1-ci müavini Ovni Muradovdur. 2020-ci ildə Ali Məclisin sədri və 1-ci müavinin qəbulunda oldum. Ali Məclisin sədri 12 fevral tarixində məni işlə təmin etdi. Babək rayon, Təhsil şöbəsinə kompyüter “metodkabin”də  katiblik vəzifəsinə əmrim verildi.

2022-ci ilin mart ayında işim ixtisara düşdü. Yenidən çətinliklər başladı. Mənə 6 saat dərs verildi. Babək rayon Təhsil şöbəsinin müdiri Həsən Zeynalov mənə Babək rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzində Yol hərəkətinin təşkili mövzusunda 12 saat dərs verdi. Mən 110 AZN aliment, 117 AZN kredit verirəm. 387 AZN əmək haqqı alıram. Mən çox çətinliklər çəkirəm. Əlimi atmadığım yer qalmıyıb, maddi sıxıntı içərisindəyəm.

Fermer kimi iri və xırdabuynuzlu heyvanlar aldım. Dolanışıq üçün aldığım 8 inək, 4 balası, 23 xırdabuynuzlu heyvanı da oğurladılar.

Ali Məclisdə Fuad müəllimin qəbuluna yazıldım, məni Tural müəllim qəbul etdi. Hələ heç bir xəbər yoxdur. Yeni Azərbaycan Partiyasının fəal üzvüyəm. Gözümdən ağır əməliyyat olunmuşam. 44 günlük vətən müharibəsində 3 dəfə könüllü döyüşmək üçün müraciət etmişəm. Xəstə anam var. Ona da baxmalıyam, aliment də ödəməliyəm.

Atam Abbas Məmmədov Yeni Azərbaycan Partiyasının Qurucularından olub. Əmim şəhid olub. Əmim oğlu müharibədə göstərdiyi igidliyə görə medal alıb. İki əmim oğlu və bir-bibim oğlu qazidir. Özüm də Vətən sevdalısı.

Xahiş edirəm, mənim yazdıqlarımı işıqlandırın. 8500 AZN dəyərində heyvanlarımı tələb edəndə Babək rayon Polis şöbəsinin rəisi Elgün müəllim və sahə müvakillərinin rəisi Pərviz müəllim tərəfindən 3 dəfə rəisin otağında döyülmüşəm. Şikayətimə baxılmır. Mənə deyirlər ki, məhkəməyə müraciət et, ancaq buna imkanım yoxdur.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.148438