Saat:06:12
Haqqımızda

“3-cü dəfə havaya qalxanda təyyarə vuruldu” – Qəzadan sağ çıxan Ayhan

2025-01-11 11:32:48

“3-cü dəfə havaya qalxanda təyyarə vuruldu” – Qəzadan sağ çıxan Ayhan

“Mən ayılanda təyyarənin içində başıaşağı idim”.

Bunu təyyarə qəzasından sağ çıxan sərnişin Ayhan Bayramzadə deyib.

“Təyyarə birinci dəfə enmək istədi, ancaq alınmadı. Dedik ki, yəqin, uçuş zamanı rast gəlinən haldır. İkinci dəfə də cəhd etdi, yenə enə bilmədi. Üçüncü dəfə artıq havaya qalxanda təyyarə vuruldu. Partlayış səsi gəldi. Bələdçi Zülfüqar bəy bizi sakitləşdirməyə gəlirdi, o da qolundan yaralandı. Həmin vaxt Hökumə xanım sərnişinləri sakitləşdirirdi.

“Heç kim yerindən durmasın, hamı kəmərlərini bağlasın” deyirdi. İçəridə qışqırıq səsləri gəlirdi, amma heç kim yerindən durmurdu. Qəzadan sonra bilmirdim ki, təyyarə ikiyə bölünüb. Mən elə düşünürdüm ki, bütöv şəkildə qalıb”, – deyə o qeyd edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.286994