“27 İLDİR QARDAŞIMIN QATİLİ TAPILMIR” – Naxçıvan sakini: “Bu cinayətdə vəzifəli şəxslərin əli var”

2023-01-03 11:54:00

“27 İLDİR QARDAŞIMIN QATİLİ TAPILMIR” – Naxçıvan sakini: “Bu cinayətdə vəzifəli şəxslərin əli var”

Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakini Cəfərov Rövnət Məmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçi deyir ki, qardaşı Cəfərov Benyamin Məmməd oğlu 27 il əvvəl qəsdən öldürülüb və vəzifəli şəxslər indiyədək bu qətlin üstünün açılmasına imkan vermirlər:

“Mən, Cəfərov Rövnət Məmməd oğlu, yazıb sizə bildirirəm ki, qardaşım Cəfərov Benyamin Məmməd oğlununun cinayət işində hansısa vəzifəli şəxslərin əli var. Çünki 27 ildir qardaşımın qatili tapılmır.

Qardaşım Benyamin 1996-cı ilin mart ayının 22-də oğurlanıb. 15 gün sonra - aprelin 5-də onun meyiti Araz çayında tapıldı. Qardaşım “Avtomat” adlanan hərbi hissədə gizir işləyirdi. Həmçinin, o vaxtlar Bakıdan Naxçıvana yanacaq daşıyan maşın karvanının rəisi idi. Birdən-birə kim, niyə bu cinayəti törətdi, bilmirik. Sizdən xahişim odur ki, bu məsələni işıqlandırın, bəlkə 27 il sonra bu cinayət işi yenidən araşdırıla”.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.180293