Saat:19:20
Haqqımızda

25 min məcburi köçkünün “çörəkpulu” kəsildi

2024-05-16 10:28:01

25 min məcburi köçkünün “çörəkpulu” kəsildi

Bir qrup məcburi köçkünə verilən aylıq sosial müavinət dayandırılıb. 

Hurriyyet.az xəbər verir ki, bu barədə yenisabah.az-a Füzuli rayonunun Horadiz qəsəbəsində yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, el arasında “çörəkpulu” deyilən sosial müavinətin verilməsi may ayından etibarən dayandırılıb. Bununla bağlı sakinlərə rəsmi qaydada xəbərdarlıq edilib. 

“Yeni Sabah” müvafiq dövlət qurumları ilə əlaqə saxlayaraq, məsələnin təfərrüatlarını öyrənib. Məlum olub ki, bu qərar Füzuli rayonunun işğal altında olmayan ərazilərinin sakinlərinə şamil edilib. 

Sosial müavinəti kəsilən keçmiş məcburi köçkünlərin sayının 25 min nəfər olduğu bildirilib. Onlar hazırda Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində yaşayırlar.

Bu qərarın şəhid ailələri və müharibə əlillərinə şamil edilib-edilməyəcəyi ilə bağlı hər hansı məlumat verilməyib. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.182456