25 illik evliliyə son qoyulur

2022-08-24 22:13:00

25 illik evliliyə son qoyulur

Amerikalı aktyor Silvestr Stallonenin həyat yoldaşı, model Cennifer Flavin 25 illik evliliyindən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu barədə TMZ portalı məhkəmə sənədlərinə istinadən yazır.

Stallonenin boşanma şayiələri keçən həftə ortaya çıxdıb. Nəşrin məlumatına görə, Flavin boşanmaq üçün avqustun 19-da Florida ştatının Palm-Biç dairə məhkəməsinə müraciət edib. Məlumata görə, bu qərara səbəb Cenniferin ailə fondlarından sərvətlərini çıxaran ərinin hərəkətlərindən narazı olması olub.

Cennifer qızlıq soyadını bərpa etmək və birgə aktivlərlə bağlı əməliyyatlara qarşı qadağa tələb etmək istəyir.
Stallone və Cennifer Flavin 1997-ci ildə evləniblər. Bu evlilikdən onların üç qızı olub. \\Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058104