Saat:10:17
Haqqımızda

22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırdı

2024-04-19 15:26:34

22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırdı

Tovuzda qadın yanıq xəsarətləri alıb.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü rayon sakini Röyal Tağıyev münaqişə zəminində qeyri-rəsmi münasibətdə olduğu 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə nəticəsində T.Məmmədovanın bədəninin 70-80 faizi üçüncü dərəcəli yanıq xəsarəti aldığından o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.177362