Saat:16:32
Haqqımızda

“2030-cu ilə qədər 1 milyon PUA operatoru” – Rusiyanın yeni planı açıqlandı

2025-05-29 15:52:01

“2030-cu ilə qədər 1 milyon PUA operatoru” – Rusiyanın yeni planı açıqlandı

Rusiyada 8 və 9-cu sinif şagirdlərinin dərs proqramına pilotsuz uçuş aparatları texnologiyası və istifadəsi ilə bağlı yeni fənn əlavə edilib.

Hurriyyet.az xəbər verir ki, yayımlanan yeni dərsliklə şagirdlərə dron texnologiyası və istifadəsi ilə bağlı biliklər veriləcək.

Qeyd olunur ki, bu təşəbbüs ABŞ sanksiyaları altında olan “Geoscan” adlı Rusiya dron istehsalçısı tərəfindən həyata keçirilir.

Bildirili ki, Rusiya Təhsil Nazirliyi 30 aprel tarixində “Geoscan” şirkətinin hazırladığı dərs vəsaitini rəsmi şəkildə təsdiqləyib. Yeni proqram çərçivəsində 500-dən çox məktəbdə və 30 universitetdə PUA texnologiyasının tədrisi planlaşdırılır.

Qeyd olunur ki, məqsəd 2030-cu ilə qədər 1 milyon PUA operatoru yetişdirməkdir.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.148418