2025-ci ilədək əsas problem qiymət artımı olacaq – DEPUTAT

2022-08-23 17:18:00

2025-ci ilədək əsas problem qiymət artımı olacaq – DEPUTAT

Dünyadakı bahalaşma Azərbaycana da öz təsirini göstərir. İstər ərzaq, istərsə də digər məhsulların qiymətində ciddi artımlar müşahidə olunur. Bu səbədən antiinflyasiya tədbirləri daha çevik mərhələyə daxil edilməlidir. Amma hökumət çox ləng davranır və bahalaşmaya adekvat reaksiya vermir.

Məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, hazırda ntiinflyasiya tədbirləri daha çox yerli istehsalın dəstəklənməsi istiqamətindədir:
“2022-ci ilin ən ciddi problemlərindən biri qlobal iqtisadiyyat üçün inflyasiya, eyni zamanda bir sıra ərzaq məhsullarının qıtlığıdır. Azərbaycan Nazirlər Kabineti tərəfindən inflyasiyanın təsirlərinin azaldılması ilə bağlı tədbirlər həyata keçirilir. Son proseslər göstərir ki, inflyasiyanın tənzimlənməsi üçün praktik olaraq yeganə yol məhz yerli istehsalın genişləndirilməsidir. Ərzaq məhsullarının bir qismi idxal olunur və dünya bazarında qiymət artımlar nəticə etibarı ilə idxal inflyasiyası yaradır”.

V.Bayramov qeyd edib ki, idxal edilən məhsulların qiyməti xaricində də artımlar müşahidə olunur:

“Bunun azaldılması üçün istehlakda idxalın minimumlaşdırılması vacibdir. Daha çox istehlakın yerli istehsalın hesabına olmasına ehtiyac var. Bu təbii ki, qısamüddətli, ən yaxşı halda ortamüddətli dövr üçün keçərli bir strategiyadır. Nazirlər Kabineti tərəfindən iki təşviq proqramı tətbiq olunur. Onlardan biri minimum istehlak səbətinə daxil olan məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin həcminin artırılması, digəri isə kredit faizlərinin kompensasiyasının həyata keçirilməsidir. Qlobal iqtisadiyyatla bağlı proqnozlar ondan ibarətdir ki, 2025-ci ilədək dünya iqtisadiyyatının əsas problemi məhz qiymət artımları olacaq. Çünki istehsal azalır, tələb artır və nəticədə bazarda qiymətlər qalxır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063026