Saat:04:53
Haqqımızda

"2024-cü ildə ABŞ-İran müharibəsi olacaq"

2024-02-01 14:25:57

Hurriyyet.az xəbər verir ki, ABŞ Senatında Prezident Cozef Baydeni İranın neft infrastrukturuna hücum əmri verməyə çağırıblar. Həmçinin, ABŞ ilə İranın 2024-cü ildə müharibə edəcəyi barəsində proqnoz səsləndirilib. 
Respublikaçıların senatoru Lindsi Qrem 2024-cü ildə İran ilə ABŞ arasında müharibənin başlanacağını xəbər verib. "Foks Nyus" kanalının xəbərinə görə, siyasətçi ABŞ Prezidenti Co Bayden ilə onun administrasiyasının hər il barəsində söz açdıqları müharibələrin baş verməsinin əleyhinə olduğunu deyib. Senator İran ilə ABŞ arasına müharibənin bu il başlanacağını bəyan edib. Onun iddiasına görə, İran yaxın zamanda "İsrailə hücum etmək üçün atom bombası hazırlayacaq" və bu səbəbdən müharibə olacaq.
Qrem çıxışının axırında Amerikanın dövlət başçısını İranın neft infrastrukturuna hücum eləməyə çağırıb: "Əgər siz  İranın neft infrastrukturuna zərbə endirməsəniz, onun pul kisəsinə zərər vurmasanız və onları sizdən qorxmağa məcbur eləməsəniz, onlar bizim əsgərlərə hücum eləməyə davam edəcəklər".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.216961