Saat:16:39
Haqqımızda

2023-də bu ölkənin adı dillər əzbəri olacaq, Azərbaycan isə ŞOK yaşaya bilər

2022-12-27 09:38:00

2023-də bu ölkənin adı dillər əzbəri olacaq, Azərbaycan isə ŞOK yaşaya bilər

İqtisadçı Elman Sadıqov Musavat.com-a müsahibəsində bu ilin əsas iqtisadi göstəricilərindən, manatın məzənnəsindən, Azərbaycanda devalvasiya ehtimalından, ərzaq bahalaşmasından və 2023-lə bağlı gözləntilərdən danışıb.

Снимок.PNG (283 KB)

Müsahibəni təqdim edirik:

- 2022-ci ilin Azərbaycan üçün əsas iqtisadi göstəriciləri hansılar oldu?

- 2022-ci ilin əsas iqtisadi göstəricilərinə 2 prizmadan yanaşmaq olar. 1) İqtisadi göstəricilər, nəticələr 2) Strateji məsələlər, qəbul olunan qərarlar, bağlanan müqavilələr. Bəzi məsələlər var ki, onların nəticələri növbəti illərdə görünür. Bu, xüsusilə qaz sahəsində atılan addımlardır. İstər Bolqarıstan, istərsə də Serbiya və Rumıniya ilə bağlanan müqavilələr, danışıqlar, planlar, layihələr. Serbiya ilə bağlanan müqaviləyə əsasən, Azərbaycan qazı üçün bazar təkcə Balkan ölkələri deyil. Əgər sabah Balkan ölkələrində qaza olan tələbat aşağı düşərsə, biz həmin qazı Yunanıstan portları və interkonnektor vasitəsilə digər Avropa ölkələrinə də çatdıra biləcəyik. Yəni bizim qaz bazarımız yaxşı şəkildə diversifikasiya olunur və artıq bu sahədə olan risklərimiz minimallaşır.   

Neft-qaz ixracımız 91 faiz ətrafında olub. Bu sahədə ən önəmli nailiyyət neft və qaz arasındakı diversifikasiyaya nail olmağımız oldu. Neftin ilbəil azalan istehsalı bizi narahat edirdi. Amma artıq qaz amili ortaya çıxdı və aydın oldu ki, Avropanın ən azı 2030-cu ilə qədər ciddi şəkildə Azərbaycan qazına ehtiyacı olacaq, qiymətlərin də əvvəlki illər səviyyəsinə düşəcəyi ehtimalı hazırda aşağıdır. 2022-ci ilin 11 ayı ərzində neft ixracında 4,8% azalma olub. 24,3 milyon ton neft ixrac etmişik. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 4,8% azalmadır. İxrac etdiyimiz neftin dəyəri 18,3 milyard dollar olub. Ümumi ixracın 50,4 faizini neft təşkil edir.

775c8b3c744cc2a.jpg (51 KB)

Bu ilin 11 ayı ərzində qaz ixracı isə 18,6 milyard kubmetr olub. 2022-ci ilin nəticələri bu rəqəmin təxminən 20 milyard kubmetr olacağını göstərir. Qazın ixracda payı 40,75 faizdir. İxrac etdiyimiz qazın dəyəri 14,8 milyard dollardır, ilin sonuna 16 milyard dollar olacağı gözlənilir. Bu onu göstərir ki, neft və qazın arasında da diversifikasiya var. Qazdan gələn mədaxil ötən ilin eyni dövrünə nisbətən 3,3 dəfə çoxdur. Bu, savaş səbəbilə Avropada qazın qiymətinin bir neçə dəfə artımından qaynaqlanır. Dünya bazarında yüksək neft-qaz qiymətləri gəlirlərimizi artırdı.

Qeyri-neft ixracı 11 ay ərzində 2,7 milyard dollar olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 14% artım var. Düşünürəm ki, Azərbaycan daha çox qeyri-neft sektoru və qeyri-neft ixracına fokuslanmalıdır. Biz bu sahədə ixracı artırmalıyıq. Hesab edirəm ki, 2023-cü ildən turizm sahəsində ciddi irəliləyiş əldə edəcəyik. Bizim 2016-2018-ci illərdə olan göstəriciləri üstələmək imkanımız var. 2022 iqtisadi baxımdan qənaətbəxş il oldu. Büdcəmiz profisitlə bitdi, tədiyə balansında müsbət saldo müşahidə olundu. Bu, rekord göstəricilərdən biridir. Lakin bu, bizi arxayın etməməlidir.

neft.jpg (116 KB)

- Manatın məzənnəsi ilə bağlı proqnozunuz necədir?

- Neft və qaz bazarında kəskin çöküşlərin olmayacağı ehtimalı var. Neftin qiyməti 50 dollara da düşə bilər, amma bu, çox ani düşüş olacaq. Nəticə etibarilə Azərbaycanın neft və qazdan gələn gəlirləri bir neçə il stabil olacaq. Bu da tədiyə balansına öz müsbət təsirini göstərəcək. Müsbət təsir də manata olan təzyiqləri aşağı salacaq. Lakin burada inflyasiya kimi önəmli bir məsələ var. 2023-cü ildə Azərbaycan hökuməti antiinflyasiya tədbirləri həyata keçirərkən aldadıcı məqam ondan ibarət ola bilər ki, biz daha çox pul kütləsini boğmağa çalışaq. Bu, iqtisadiyyatın boğulması ilə nəticələnə bilər. Yəni biznes mühitinin daralması ilə nəticələnə bilər. Bu səbəbdən çox ehtiyatlı davranmaq lazımdır. İnflyasiya aşağı düşsə, dolların kursunun stabil qalacağı ehtimalı yüksəkdir. Hazırda dünya bazarında gübrənin, pestisidlərin qiymətinin artdığı bir məqamda devalvasiya inflyasiya şoku yarada bilər. Bu baxımdan düşünürəm ki, manatın kursunun sabit qalması əsas strateji hədəflərdən biri olacaq.

1346880922_0_97_2000_1230_600x0_80_0_0_f3019b4fe921673bf2376ed52ddb2c9c.jpg (31 KB)

- 2023-cü illə bağlı gözləntiləriniz necədir?

- Düşünürəm ki, 2023 nisbətən çətin il olacaq. Regiondakı siyasətin növbəti illərdə necə olacağını müəyyən edəcək bir il olacaq. 2023 Zəngəzur dəhlizinin açılışını, sülh sazişini gözlədiyimiz ildir. Bunlar yalnız Azərbaycanın deyil, bölgənin də iqtisadiyyatına təsir edəcək. Turizm sahəsində daha böyük irəliləyişlərin olacağını gözləyirəm. Ölkənin qaz istehsalı və ixracında artım gözlənilir. 2023-də ən çox adını eşidəcəyimiz ölkə İran olacaq. 2021-ci il bu il üçün Ukraynanı proqnoz vermişdim. Rusiya-Ukrayna savaşında gərginliyin artacağını gözləyirəm. Bu müharibənin tezliklə bitəcəyini düşünmürəm. 

- Azərbaycanda devalvasiya təhlükəsi varmı?

- 2023-cü ildə Azərbaycanda devalvasiya ehtimalı azdır. Bu risk aşağıdır. Bunun da siyasi, iqtisadi səbəbləri var. Azərbaycan devalvasiyaya gedərsə, bu, inflyasiyanın güclənməsi deməkdir. İqtisadi məsələyə gəlincə, mövcud iqtisadi proseslərdə, neft və qazın hazırkı qiymətlərində, tədiyə balansının vəziyyətində devalvasiya ehtimalı demək olar ki, yoxdur. 2023-cü il ərzində neftin orta qiymətinin 60 dollardan aşağı düşərək o göstəricidə qalma ehtimalı aşağıdır. Qaz qiymətlərinin də çökmə ehtimalı çox aşağıdır. Nəzərə alaq ki, Azərbaycan qaz ixracını artırmaq imkanlarına malikdir və faktiki olaraq qazla bağlı hər hansı bir problem yoxdur. Nəticə etibarilə biz 2023-cü ildə sabit maliyyə ili görəcəyik.

7e2b53992b499e56081d7d85319deb4c (1).jpeg (194 KB)

- Növbəti il ölkədə ərzaq bahalaşması hansı səviyyədə ola bilər?

- Bu ilin sonuna doğru ərzaq qiymətlərinin düşəcəyini gözləyirdim. Bu gözləntimin əsasları var. Dünya bazarlarında ərzaq qiymətlərinin pik həddi 2022-ci ilin aprel-may aylarında oldu (taxıl, günəbaxan yağı, qarğıdalı). "Taxıl sazişi" icra olunduqdan sonra bu sahədə gərginlik azaldı. Sentyabr-oktyabr aylarında aprel-may aylarına nisbətən qiymət enişləri oldu və hətta bəzi qiymətlər Rusiya-Ukrayna müharibəsindən öncəki dövrə qayıtdı. Bu səbəbdən düşünürəm ki, biz bu düşüşün nəticələrini görəcəyik. Devalvasiya ehtimalı olmadığı üçün qiymət artımından söhbət gedə bilməz. İdxalda da kəskin bahalaşmanı gözləmirəm. Hesab edirəm ki, biz Türk Dövlətləri Təşkilatında iqtisadi əlaqələri artırmalıyıq. Böyük potensialdan tam şəkildə istifadə olunmalıdır.  

erzaq.jpg (157 KB)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR