2022-ci ilin ən yadda qalan TƏYİNATLARI

2023-01-06 11:14:00

2022-ci ilin ən yadda qalan TƏYİNATLARI

Başa vurduğumuz 2022-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Bu ilin yaddaqalan hadisələrdən biri də bir sıra şəxslər yüksək dövlət vəzifələrinə təyin olunmasıdır.

Hurriyyet.az Bizim.Media-ya istinadən onların siyahısını təqdim edir: 

1. 2022-ci ilin ilk təyinatı Səhiyyə Nazirliyində olub. 19 Yanvar 2022-ci il tarixdə Azərbaycan Prezidentinin sərəncamı ilə Teymur Musayev Səhiyyə naziri təyin edilib.

2. Azərbaycan prezidentinin 18 fevral 2022-ci il tarixli sərəncamı ilə Elxan İbrahimov Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

3. 3 mart 2022-ci il tarixdə Ölkə Başçısının sərəncamı ilə Şahin Seyidzadə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

4. Taleh Kazımov 12 aprel 2022-ci il tarixdə Mərkəzi Bankın sabiq prezidenti təyin olunub.

5. Köçəri Həsənov 4 may 2022-ci il tarixdə "Azərsu" ASC sədrinin vəzifəsinin müvəqqəti icrasına başlayıb.

6. Azərbaycan Prezidentinin sərəncamı ilə Vahid Hacıyev 4 may 2022-ci ildə Zəngəzur iqtisadi rayonunun Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi təyin edilib.

7. Şahin Bağırov Dövlət Başçısının sərəncamı ilə DGK -nin sədrinin birinci müavini təyin edilib.

8. 21 iyul 2022-ci il tarixdə Ölkə Başçısının sərəncamı ilə Rövşən Nəcəf SOCAR-ın prezidenti təyin edilib.

9. Azərbaycan Prezidentinin 25 iyul 2022-ci il tarixli sərəncamı ilə Əkbər Abbasov Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilib.

10. Araz Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 25 iyul 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı təyin olunub.

11. 25 iyul 2022-ci ildə Elvin Paşayev Ölkə Başçısının sərəncamı ilə Göygöl rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

12. 11 avqust 2022-ci il tarixdə Prezidentin sərəncamı ilə Orxan Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

13. 17 oktyabr 2022-ci ildə Ölkə Başçısının sərəncamı ilə Natiq Ağayev Göyçay rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 

14. 28 noyabr 2022-ci il Vüqar Əliyev Dövlət Başçısının sərəncamı  ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

15. 22 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin edilib. 

16. 22 dekabr 2022-ci il tarixdə Adil Kərimli Azərbaycan Prezidentinin sərəncamı ilə Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

17. Prezident İlham Əliyevin sərəncamı ilə 22 dekabr 2022-ci il tarixdə Zaur Fəti-zadə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin olunub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.193427