2022-ci ildə rəqəmsal rubl dövriyyəyə buraxılacaq

2021-09-14 18:09:00

2022-ci ildə rəqəmsal rubl dövriyyəyə buraxılacaq

Rusiyalı iş adamı Oleq Deripaska rəqəmsal rublu dövrümüzün kosmosa uçuşu adlandırıb. Rəqəmsal rublun buraxılışı Rusiya iqtisadiyyatını dəstəkləmək üçün hələ iki il əvvəl baş tutmalı idi. Bunu rusiyalı milyarder Oleq Deripaska "Telegram" kanalında bildirib. 
Onun sözlərinə görə, gələn il rəqəmsal yuanın dövriyyəyə buraxılmasından sonra rəqəmsal rublu işə salmamaq "sadəcə biabırçı" olardı. İş adamı həm də rublun yeni formasını-rəqəmsal rublu dövrümüz üçün Yuri Qaqarinin 1961-ci ildəki kosmosa uçuşundan daha vacib adlandırıb.
Belə ki, Deripaska Maliyyə Nazirliyi tərəfindən təqdim olunan 2030-cu ilə qədər Maliyyə Bazarının İnkişaf Strategiyasını şərh edib. Orada 12 bankdan ibarət qrupun 2022-ci ilin yanvarında rəqəmsal rublun sınağına başlayacağı bildirilir.

Ülviyyə Şükürova

Hurriyyet.az