2022-ci ildə jurnalist ölümləri 45% artıb, yüzlərlə KİV əməkdaşı həbsdədir

2022-12-14 22:27:00

2022-ci ildə jurnalist ölümləri 45% artıb, yüzlərlə KİV əməkdaşı həbsdədir

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, cari ildə bütün dünya ərazisində qətlə yetirilən jurnalistlərin sayı 2021-ci il ilə müqayisədə 45% artıb. Bu məlumatı mətbuat azadlığı və jurnalistlərin təhlüksizliyi məsələləri ilə məşğul olan Press emblem Campaign (PEC) qeyri-hökumət təşkilatı yayıb.

PEC təşkilatının məlumatına görə, 2022-ci ildə dünyanın 29 ölkəsindən olan 115 jurnalist həlak olub. Ötən il isə 70 KİV əməkdaşı öldürülmüşdü.

Cari ildəki jurnalist ölümü sayı 2018-ci ildən bəri ən yüksək göstəricidir. 2022-ci ildə 39 nəfər KİV əməkdaşı Latın Amerikasında, 37-si Avropada, 30-u Asiyada, 7-si Afrikada, 2-si Şimali Amerikada həlak olub.

Ukraynadakı müharibədə 34 nəfər KİV əməkdaşı həyatını itirib.

“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının hesabatında isə bütün dünyada ümumilikdə 523 nəfər jurnalistin saxlanıldığı bildirilir. Bu, ötən ildəkindən 13,4% çoxdur.

Sayca ən çox – 110 nəfər jurnalist Çində həbs edilib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.177239