Saat:05:54
Haqqımızda

"2020-ci ilə qədər hər şey talan edilib, dağıdılıb, yandırılıb, indi yaşamağa ev tapmırıq" - Xanumyan

2022-08-09 19:12:00

“Mən evlərin yandırılmasının əleyhinəyəm”.

Bu barədə Qarabağdakı separatçı rejimin “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan bildirib. O qeyd edib ki, üç icmada ümumilikdə 100-ə yaxın ailə yaşayır.

Laçın, Zabux və Sus icmalarının əhalisini köçürmək üçün Qarabağda məskunlaşmaq və Ermənistana köçmək istəyənlərin siyahıları tərtib edilir.

“Yaxın günlərdə icmaların rəhbərləri müvafiq siyahıları təqdim edəcəklər. Onlara əsasən Qarabağa köçən ailələrin mənzillə təmin olunması problemi həll olunacaq. Ermənistana köçən ailələr mənzil almaq üçün arayış, ondan əvvəl isə mənzil kirayəsi üçün kompensasiya alacaqlar. İlkin məlumatlara görə, bu icmaların əhalisinin təqribən 25-30%-i Qarabağda məskunlaşmaq arzusunda olduğunu bildirib”, – deyə o vurğulayıb.

Hayk Xanumyan təxliyə prosesindəki problemlərdən danışaraq bildirib ki, köçürmə məsələləri lazım gələrsə, müxtəlif beynəlxalq təşkilatların köməkliyi ilə və dövlətin köməyi ilə həll olunacaq.

“Hazırda prosesin təşkilinə kömək etmək üçün tərəfdaşlarımızla danışıqlar aparırıq. Texniki detallar, pulun necə köçürüləcəyi və sair müzakirə olunur”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, avqustun 25-dək köçürmə prosesini tez və vaxtında təşkil etmək mümkündür.

Sosial şəbəkələrdə Laçın, Zabux və Sus sakinlərinə evlərini yandırmağın qadağan edilməsi ilə bağlı müzakirələrdən danışan Xanumyan ilk növbədə, sakinlərin od vurması zamanı Çərəktar icmasını misal çəkib. Evləri yandı, lakin bundan sonra kəndin Qarabağın tabeliyində qalacağı müəyyən edildi.

“Mən evlərin yandırılmasının əleyhinəyəm. Bir vaxtlar Çərəktar anlaşılmazlıq və ya qəsdən yandırıldı, bu gün isə bu kəndi bərpa etmək üçün 100 milyon dram xərcləyirik.

Ağanus icmasının ərazisinin təhvil verilməsindən cəmi bir il yarım keçib, lakin bu gün bu icmanın ərazisi Azərbaycanın nəzarətindən çıxaraq dəhlizə qayıdır. Amma orada birinci müharibə dövründən və 2020-ci ilə qədər hər şey talan edilib, yandırılıb, dağıdılıb.

Həmin dəhlizdə mənzil fondunu qoysaydıq, ora asanlıqla köçə bilərdik, amma bu gün ancaq yanmış divarlar və xarabalıqlar var. Əgər mənzil fondu qorunsaydı, biz bu gün bu dəhlizi təhlükəsiz şəkildə doldura bilərdik. Hazırda yalnız yanmış divarlar və xarabalıqlar var”, – deyə Xanumyan qeyd edib.

 

Xuraman Etibarlı,

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR