2008-ci ildə torpaq almaq üçün 35 min dollar ödədi, sonradan aldadıldığını bilsə də, hələ də pulunu geri qaytara bilmir... – LALƏ RZAYEVADAN RƏSMİ QURUMLARA MÜRACİƏT / VİDEO

2022-11-22 15:13:00

2008-ci ildə torpaq almaq üçün 35 min dollar ödədi, sonradan aldadıldığını bilsə də, hələ də pulunu geri qaytara bilmir... – LALƏ RZAYEVADAN RƏSMİ QURUMLARA MÜRACİƏT / VİDEO

Baki şəhəri, Maştağa qəsəbəsi, Mehdi Hüseyn küçəsi, döngə 4, ev 2 sakini, hazırda Hollandiyada yaşayan Rzayeva Lalə Zahid qızı tərəfindən Hurriyyət.az saytına şikayət məktubu göndərilib. Şikayətdə Rzayeva Lalə  Zahid qızı bildirir ki, 2008-ci ildə Nəcəfov Səfərəli və Nəcəfova Nərminənin yaşadığı həyətdən 7 sot torpaq sahəsini 35 min dollara alıb. 3 il ərzində aşkarlanıb ki, torpaq sahəsi, əslində, 7 sot deyil, 5 sot olub və həmçinin, sənədləri də qaydasında olmayıb.

Rzayeva Lalə Zahid qızı iddia edir ki, əslində, onu aldadaraq 35 min dollar pulunu alıblar: “Məhkəməyə müraciət etdim. Məhkəmə Nəcəfov Səfərəlinin həbsinə qərar verdi. Ailəsi məndən xahiş etdi ki, ərizəmi geri göturum, pulu ödəyəcəklər. Onlar mənə ildə 500-800 AZN ödəməklə, indiyə kimi 15 min manat ödəyiblər. Pulumun qalan hissəsini ala bilmirəm. “Hürriyyət” vasitəsilə lazımi orqanlara müraciət edirəm, xahiş edirəm ki, pulumun ödənilməsində mənə köməklik edilsin”.

Rzayeva Lalə Zahid qızının video-müraciətini oxucularımıza təqdim edirik:


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.120636