Saat:23:37
Haqqımızda

2000 ailənin yaşadığı qəsəbənin yolları bərbad vəziyyətdədir - VİDEO

2025-06-11 12:35:39

2000 ailənin yaşadığı qəsəbənin yolları bərbad vəziyyətdədir - VİDEO

Fizuli rayonu, Zobucuq qəsəbəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər bildirir ki, 4 ildir bütün aidiyyəti qurumlara müraciət etsələr də, qəsəbənin yollarına baxan yoxdur:

“Biz, sakinlər, yazaraq xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Videoda gördüyünüz yol Zobucuq qəsəbəsinin Kərimbəyli kəndindən başlayır. Alıxanlı kəndinə kimi uzanır, Zəfər yolu ilə birləşir. 4 ildir 15 dəqiqəlik yolu 50 dəqiqəyə gedirik. Səlahiyyətli qurumlara müraciətlərimiz olub, amma heç bir nəticə yoxdur.

Zobucuq qəsəbəsində ümumilikdə 2 000 ev var. Sakinlər bu yararsız yoldan istifadə edərkən çox əziyyət çəkirlər".

Sakinlərin redaksiyamıza göndərdiyi videonu olduğu kimi dərc edirik:

Jalə FAMİLQIZI

Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.234600