Saat:05:03
Haqqımızda

"20 Yanvar" stansiyasında güllərdən ibarət bədii kompozisiya qurulub - FOTOLAR

2022-01-20 11:39:00

"20 Yanvar" stansiyasının plaftormasında güllərdən ibarət bədii kompozisiya qurulub.Начало формы

Vətənimizin azadlığı, müstəqilliyi yolunda canlarını qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərimizin əziz xatirəsini “Bakı Metropoliteni” QSC kollektivi daim dərin hüzn və ehtiramla yad edir.

Hurriyyet.az xəbər verir ki, Qanlı Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də anım mərasimi keçirilib. Təsdiq edilmiş tədbirlər planına əsasən, bu gün metropoliten kollektivi gücləndirilmiş iş rejimində çalışır.

Ümumxalq Hüzn Günü ilə əlaqədar bütün stansiyalara, qatarların ön şüşələrinə qərənfillər düzülüb, mərkəzləşmiş radio şəbəkəsi ilə hüznlü musiqi parçaları səsləndirilir.

1990-cı il 20 yanvar gecəsinin əsas hadisələrinin cərəyan etdiyi ərazidə yerləşən «20 Yanvar» stansiyasının plaftormasında hər il olduğu kimi, xüsusi eskizlər əsasında hazırlanmış güllərdən ibarət bədii kompozisiya qurulub. Kompozisiyada Qanlı Yanvar mövzusuna uyğun gələn milli ornamentlərdən, ələlxüsus xalçaçılıq elementlərindən istifadə olunub.

Platformanın tam mərkəzində səkkizguşəli ulduz qurulub.

Gün ərzində şəhidlərin əziz xatirəsinə əbədi ehtiramın ifadəsi olaraq, bədii kompozisiyanın ətrafında metropolitençilərdən ibarət fəxri qarovul dayanır.

Hurriyyet.az-ın əməkdaşı «20 Yanvar» stansiyasının plaftormasından olan anları qeydə alıb. Fotoları təqdim edirik:

Hazırladı: YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR