"20 qoyun təklif etmişik, klubdan cavab gözləyirik" - Ronaldonu LAĞA QOYDULAR

2022-07-29 22:40:00

Farer adalarının “Klaksvik” klubu “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə bağlı qeyri-ciddi paylaşım edib.

Adıçəkilən komanda “qırmızı şeytanlar”dan ayrılmaq fikrində olan 37 yaşlı superulduzu məsxərəyə qoyub.

Onlar Portuqaliya millisinin kapitanı üçün ingilislərə qoyun sürüsü təklif etdiklərini yazıblar:

“Biz Ronaldo üçün ən yaxşı 20 qoyunumuzu təklif etdik. Hazırda “Mançester Yunayted”dən cavab gözləyirik”.Qeyd edək ki, “Mançester Yunayted”in yay təlim-məşq toplanışına qatılmayan Kriştiano Ronaldo rəhbərlikdən gələn ilin yayına qədər olan müqaviləsinə xitam verilməsini tələb edib. \\Apasport.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055151