Saat:12:22
Haqqımızda

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

2022-05-21 09:20:00

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Azərbaycanda fəaliyyət göstərən “MSDIS Holding”in dövlət qarşısında külli miqdarda vergi borcu olduğu müəyyənləşib.

Hurriyyet.az-ın məlumatına görə, hazırda şirkətin vergi borcu 375 240.74 manat təşkil edir.

Maraqlıdır ki, şirkət 2022-ci ilin geridə qalan 5 ayı ərzində 16 tender müqaviləsi imzalayıb. Bu müqavilələrin ümümi dəyəri 1 809 277, 46 manat olub. 

Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün olmasa da, şirkət təkcə cari ilin may ayında 13 tender müqaviləsi imzalayıb. Bu müqavilələrdən 5-i Xocavənd Rayonu Kommunal Müəssisələri Kombinatı ilə imzalanıb. Bunlardan 3-ü üç gün aralığı ilə (17-20 may) baş tutub. Xocavənd Rayonu Kommunal Müəssisələri Kombinatı “MSDIS Holding” arasında imzalanan sonuncu müqavilə mayın 20-nə təsadüf edir.

Qeyd edək ki, iki ildir fəaliyyət göstərən “MSDIS Holding”in baş direktoru Nağıyev Mirfəyyaz Oktay oğludur. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar “MS Sement”, “MS Kabel” və “MS Oil”“MS Asfalt” zavodu, “MS Laminat” və “MS Karyer” sahələridir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR