Saat:18:17
Haqqımızda

2 il günahsız həbsdə qalan şəxs necə azadlığa çıxdı? - DETALLAR

2022-05-25 14:32:00

2 il günahsız həbsdə qalan şəxs necə azadlığa çıxdı? - DETALLAR

Külli miqdarda narkotik vasitə əldə etmə və satma ittihamı ilə həbs edilən şəxs bəraət alıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası alan şəxs Şirvan Apelyasiya Məhkəməsindən azadlığa buraxılıb.

Hurriyyet.az xəbər verir ki, Astara rayon sakini Əskərov Elşən Səfər oğlu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri  ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Həbs edilən şəxsin vəkili Pərviz Hümbətov hökmdən apelyasiya şikayəti verib.

Pərviz Hümbətov hüquqlarını müdafiə etdiyi şəxsin qanunsuz olaraq həbs edildiyini, istintaq zamanı döyüldüyünü, işgəncəyə məruz qaldığını bildirib. Məhkəməyə təqdim edilən ekspert rəyləri ilə Elşən Əskərovun xəsarətlər aldığı da sübut olunub.

“Hüquqlarını müdafiə etdiyim şəxs ibtidai araşdırma orqanının saxta, qurama “sübutlarına” və ən əsası da Lənkəran Ağır Cinayət Məhkəməsinin həmin işə baxan məhkəmə kollegiyasının ibtidai araşdırma orqanının saxta, qondarma sübutlarına göz yummasına görə 1 il 10 ay idi həbsdə idi. Onun dörd azyaşlı uşağı var. Hüquqlarını müdafiə etdiyim şəxsə qarşı saxta ittiham irəli sürülərkən qeyri-insani rəftara məruz qalıb. Bununla bağlı kifayət qədər sübutlar təqdim etsək də, Lənkəran Ağır Cinayətlər Məhkəməsi həmin sübutları görməzdən gəlmişdi.

Elşən Əskərova qarşı olan qanunsuz hərəkətlərin araşdırılması ilə bağlı qəbul edilmiş rədd qərarlarından şikayətlər vermişəm. Şikayətlər nəticəsində həmin qərarlar məhkəmə nəzarəti qaydasında ləğv edilib. Həmin əməkdaşlar barəsində araşdırma davam edir”,- deyə vəkil Pərviz Hümbətov bildirib.

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR