2 həftədə 9 dollar ucuzlaşma... - Azərbaycan neftinin qiymətində sürətli eniş yaşanır
Son iki həftə ərzində Azərbaycan neftinin qiymətində kəskin azalma müşahidə olunub.
Hurriyyet.az xəbər verir ki, dünya birjalarında qiymət dəyişiklikləri 9 oktyabrdan sonra daha böyük sürət götürüb. Belə ki, həmin tarixdə “Azəri Light” 70,08 dollara ticarət olunubsa, bir gün sonra 69,25 dollara, 11 oktyabrda isə 66,36 dollara qədər enib.
Oktyabrın 14-ə qədər birjalarda bu qiymət sabit qalıb, bir gün sonra isə cüzi azalma qeydə alınıb - 64,11.
16 oktyabrda qiymət 64,26 dollara qalxsa da, ümumi tendensiya aşağı yönümlü olub:
17 oktyabrda neft 63,15 dollara qədər ucuzlaşıb, bir gün sonra qiymət 62,17 dollara ticarət olunub. Bu gün – oktyabrın 21-də Azərbaycan neftinin qiyməti 61,83 dollar səviyyəsinə enib.
Analitiklər bildirir ki, qiymətlərin kəskin azalması enerji bazarındakı qeyri-sabitlik və qlobal tələbin zəifləməsi ilə bağlıdır. Ekspertlər yaxın həftələrdə Azərbaycan neftinin ixrac qiymətlərində daha da azalma ehtimalına qarşı ölkə üçün alternativ strategiyaların hazırlanmasının vacibliyini vurğulayırlar.
AzPolitika.info
