2 həftə ardıcıl energetik içki içdi - qaraciyəri sıradan çıxıb

2022-11-14 22:33:00

2 həftə ardıcıl energetik içki içdi - qaraciyəri sıradan çıxıb

22 yaşlı qız ağır vəziyyətdə qaraciyər problemi ilə xəstəxanaya gətirilib.

Hepatoloq həkim Alla Yujnova bildirib ki, xəstədə kəskin hepatit aşkarlanıb.

Pasiyent gündə 7-8 banka energeitk içki içdiyini bildirib.

Energetik içkilərdə olan niasin qidanı enerjiyə çevirən maddədir. O çox miqdarda qaraciyərə daxil olduqda, travma baş verir. 50% hallarda qaraciyər iflas edə bilər.

Baxmayaraq ki, o adətən təbii bioloji əlavə kimi qida və içkilərə qatılır, həddən artıq çox dozada qəbul qaraciyərdə kəskin hepatit yaradır.

Bu birinci klinik hadisə deyil ki, çox miqdarda energetik içkidən qaraciyərdə kəskin problem yaranıb.

Analoji hal 35 yaşlı kişidə də baş vermişdi, o da 1 ay idi hər gün işi ilə bağlı 5-6 banka energetik içki qəbul etmişdi. Onda qarında kəskin ağrılar, yorğunluq, sarılıq və hepatit aşkarlanmışdı. \\Medicina

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.122452