Saat:21:49
Haqqımızda

“1918-20-ci illərin xəritələrindən istifadə olunarsa...” - Azərbaycanın nəzarətinə keçəcək ƏRAZİLƏR

2022-10-04 14:35:00

“1918-20-ci illərin xəritələrindən istifadə olunarsa...” - Azərbaycanın nəzarətinə keçəcək ƏRAZİLƏR

Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın “Aykakan Jamanak” nəşri Azərbaycanın sülh tələblərini dərc edib. Qeyd olunub ki, rəsmi Bakı 1919-1920-ci illərin xəritələrinə əsasən delimitasiya və demarkasiya prosesinə başlanılmasını tələb edir.

Bəs, sərhədlər sözügedən dövrün xəritələri ilə müəyyənləşdirilərsə, hansı ərazilər Azərbaycanın nəzarətinə keçəcək

Sualı Bizim.Media üçün cavablandıran millət vəkili, tarixçi alim Anar İsgəndərov qeyd edib ki, bu ərazilərdə 1918-ci ilə kimi nə Ermənistan, nə də Ararat adlı dövlət olmayıb:

“Ancaq Azərbaycan ərazisi baxımdan Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar dönəmlərinin xəritəsinə baxılsa, görülər ki, orada Ermənistan yoxdur. Erməni var, lakin Ermənistan yoxdur. Elə indiki dövrdə də dünyanın hansı ölkəsində başqa xalqın nümayəndəsi yoxdur ki. Lakin bu o demək deyil ki, yaşadıqları ərazilər həmin millətin torpaqlarıdır. Ermənilər köçəri xalqdır və şərait harada uyğun olursa, orada yaşamlarını davam etdirirlər. Bu, ABŞ, Fransa, Rusiya, Osmanlı, yaxud Azərbaycan torpaqları ola bilər”.

Deputatın sözlərinə görə, ermənilərin Çar Rusiyası dönəmində Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı tarixi mənbələrin sayı kifayət qədərdir:

“Və həmin faktları, xəritələri azərbaycanlılar yox, məhz Çar Rusiyasının müəllifləri hazırlayıblar. Hətta erməni müəlliflərinin də bu yöndə yazıları mövcuddur. Türkmənçay müqaviləsindən sonra köçürmə komitəsinin sədri, erməni general Lazarev Təbrizdə ermənilərə bunu demişdi: “Sizin üçün təzə vətən tapmışıq. Təzə vətən Qarabağ, Qərbi Azərbaycan, Naxçıvan, Şamaxıdır”.

"Təzə vətən” nə deməkdir?

Və ya 1828-ci ilin martında İrəvan və Naxçıvan xanlıqlarının ərazisində, Ordubad mahalı da daxil olmaqla, Erməni vilayəti nə üçün yaradılırdı. Yaxud 1848-50-ci illərdə Erməni quberniyası hansı səbəblərdən yaradıldı? Deməli, ermənilər yeni köçürülürdü ki, onlar üçün quberniya təşkil olunurdu.

Ən nəhayət 1918-20-ci illərin xəritələrinə baxmaq lazımdır. Həmin dönəmdə Paris sülh konfransında Ermənistan nümayəndə heyəti, Azərbaycan diplomatlarından əvvəl gedib, təbliğat işləri apardılar.

Anar İsgəndərovun sözlərinə görə, əgər 1918-20-ci illərin xəritələri əsasında Ermənistanla sərhədlər müəyyən olunsa, Azərbaycan hər hansı çətinlik yaşamayacaq:

“Çünki o xəritələrin hər birində Zəngəzur ərazisi, habelə Göyçə Azərbaycan ərazisi kimi göstərilib. Bu gün Azərbaycan əsgəri Qərbi Zəngəzurun, tarixi torpaqlarımızın cüzi bir hissəsindədir. Amma Qərbi Zəngəzur birmənalı olaraq Azərbaycan torpaqlarıdır. Xüsusən də, Paris sülh konfransına təqdim olunan xəritələrlə sərhədlər müəyyənləşsə, Azərbaycan öz tarixi torpaqlarına sahib olacaq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR