19 yaşlı gənc İTKİN DÜŞDÜ
2025-06-18 20:43:19
(45).jpg)
Cəlilabad rayonunun Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Əlisa Mirzəyev ötən gün yaşadığı evi tərk etdikdən sonra geri qayıtmayıb.
Hurriyyet.az Teleqraf-a istinadən xəbər verir ki, ailəsi onunla əlaqə saxlaya bilmədikləri üçün sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, gəncin yerinin müəyyənləşdirilməsi məqsədilə polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.
