Saat:20:17
Haqqımızda

19 cu əsrdə qidaya süni qatqı qatanlar və bunun qarşısını alan alim – Friedrich Christian Accum

2022-08-09 21:22:00

19 cu əsrdə qidaya süni qatqı qatanlar və bunun qarşısını alan alim – Friedrich Christian Accum

19 cu əsrin əvvəllərində çörək və içkilərə müxtəlif yad maddəli qatqılar qatılırdı və bu o qədər yayıldı ki,ictimaiyyətdə yavaş yavaş bunlara qarşı bir təpki meydana gəldi.Alman əsilli bir əczaçı,İngiltərədə yaşayan kimyaçı və məşhur alim Friedrich Christian Accum-un (1769-1838) 1820 ci ildə yazdığı “A Treatise on Adulteration of Foods and Culinary Poisons Exhibiting the Fradulent

 

Sophistications of Bread, Beeren, Wine, Spiritous Liquors, Tea, Coffee, Cream, Confectionery, Vinegar, Mustard, Pepper, Cheese, Olive oil, Pickles and Other Articles Employed in Domestic Economy (Gidalara yad maddələrin qatılması və mətbəxdə istifadə olunan …..) adlı əsəri,saxta qidalar haqqında bir dönüş nöqtəsi olmuş və kimyəvi olaraq qida məhsullarının saxtalaşdırılmasının böyük düşməni olan bir güc halına gəlmişdi.1820 ci ildə bir qidanın saf olub olmadığı,ancaq görmə, qoxlama və dad alma hissləri ilə müəyyən bir dərəcəyə qədər anlaşıla bilirdi. Əgər süd seyrək bir ləzzətə və ya göy rəngə çalan bir rəngdə görünürdüsə,içinə su qatıldığı anlaşılırdı.

Əgər qəhvə çox acıdırsa,demək ki, hindiba otu ilə rəngləndirilmişdi. Limonad çox turş olurdusa və ucuz qiymətə satılırdısa demək ki,limon yerinə tartarik turşusundan istifadə olunurdu. Bu cür sağlam düşüncə qabiliyyətli qida testi, yəqin ki, bu gün də qida keyfiyyətini qiymətləndirmək üçün ən faydalı üsuldur və bu üsul orqanoleptik yanaşma adlandırılır.Ancaq bu yanaşmanın məhdudiyyətləri vardır.Bu test edən şəxsin hissləri aşkarlama gücünə bağlı olaraq dəyişir.

1820 ci illərə doğru, İngiltərə sənaye inqilabının əsəri olaraq,dünyanın yüksək sənayeləşmiş şəhərlərinə sahib idi və hökümətin “Laissez-Faire” “İcazə verin etsinlər” siyasəti, saxta qida istehsalı ilə nəticələnmişdir. Paris kimi,digər şəhərlərdə də vəziyyət eyni idi və saxta qidalar hər kəsin yaşam tərzinə öz təsirini göstərirdi. Varlıların ağ çörəyi və rəngarəng uşaq şirniyyatları ucuz olsada,parlaq rəngli qurğuşun, mis və civə duzları ilə rəngləndirilirdi. Süd istehsalçıları, südü qurğuşun tavada isidirdilər.Qurğuşun qabların zəhərli təsirini bilmədən, Roma dövründə də geniş yayılmışdır və istifadə olunurdu. Baxmayaraq ki,1820 ci illərdə qurğuşunun zəhərləyici təsiri,əsrlər əvvəl bilinməkdə idi.

Accumun bu əsəri,qısa müddətdə qida qanunlarının dəyişdirilməsinə yol açmasa da,nəticədə xalqın gözlərinin açılmasına yardım etmişdir.Müasir sənaye şəhərlərində qida və içki olaraq satılan məhsulların heçdə göründükləri kimi olmadıqları və insanların ölümünə belə səbəb ola biləcəyini insanlara aşılamışdır.

Accum,aşpazların bir kimyaçı, mətbəxin isə bir kimya laboratoriyası olduğu fikrində idi. O, bu əsərdə darçın, istiot, xardal, çay, qəhvə, şərab, pivə, zeytun yağı, süd, dondurma, ət, tərəvəz və çörəkdə ən çox zərərli olan ucuz qatqı maddələrini önə sürmüşdür. Bu cür işlərin uzadılmasında İngiltərədə “Analytical Sanitary Commission” (Qida Analiz Komissiyası) yaradıldı və “Food Adulteration Act 1860” (1860 – Qida Qatqı Maddələri Sözləşməsi) Dərc olunaraq yayılmışdır.

 

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov 

Mənbə: Qidaelmi.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR