1841-ci ildə törədilmiş qətllə əlaqədar təhqiqat başlandı
2025-02-20 13:39:14
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla məlumat verir ki, Rusiya İstintaq Komitəsi yazıçı Mixail Lermontovun ölümü ilə bağlı təhqiqat işinə başlayıb.
Bu barədə Rusiya mətbuatına Rusiyanın xalq artisti və Dövlət Dumasının deputatı Nikolay Burlyayev məlumat verib.
Lermontov 1841-ci ildə, 26 yaşında, duel zamanı həlak olub.
Qeyd edək ki, deputatın özü müvafiq sorğu ilə istintaq orqanına müraciət edib. O, müraciətini belə əsaslandırıb: "200 ilə yaxındır ki, alimlər və ekspertlər şairin ölümündən dərhal sonra təşkil edilən istintaqın düzgün aparılmadığını hesab edirlər".
Hürr Tərcüman
