"17 yaşlı qızlar deyir ki, əcəb edirəm, yüz oğlanla gəzib birinə gedərəm” - Hacı Təyyardan daha bir qalmaqal

2022-07-29 14:46:00

"17 yaşındakı qızlar deyir ki, əcəb edirəm, demokratam, özüm bilərəm, yüz oğlanla gəzib birinə gedərəm. Min dənə oyun çıxarırlar, deyirlər ki, "boy friend"imdi. Oğlan dostum nədir? Bu, harada yazılıb?"
 

Hurriyyet.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında qalmaqallı açıqlamaları ilə gündəmə gələn Hacı Təyyar Hüseynli deyib:

"Canavar canavarlığı ilə dişi cütü ilə ayrıldıqdan sonra cütləşmir, ölənədək yalquzaq olur. Onun sədaqət prinsipinə bax. Şir onun ərazisində digər şirin ləpirini görəndə başlayır rəqibini axtarmağa ki, onu tapdalıyam. Kişlərin qızlaşmasından söhbət gedəndən sonra hansı milli qürur, şüurdan danışırıq? Turan birliyi, qeyrət, şəhadət - bunlar hamısı kişilərə aiddir. Yüz kişi ilə gəzib oğlan dünyaya gətirən qadın oğluna nə deyəcək? “Ana muğamı” oxutduracaq? Hansı anaya, belə ana olur?"

Hacı Təyyar bildirib ki, həmcinslər arasında evliliklərdən narahatdır:

"Hətta açıq-aşikar deyirlər ki, mən transam. Lay divar kimi oğuldur, deyir, mən filan şeyəm. Cinsi xəstəlikli şəxslərin sayının çox olması sosial sahələrdə olan insanların, mütəxəssislərin azlığındandır. İnsan bioloji varlıqdır. Qaçaq Nəbinin Həcəri, Korğlunun Nigarı olub. Mən bununla bağlı çox araşdırma aparmışam. İndiki tibb uşağın ana bətnində embrionunu izləyə bilir. Hamiləliyin əvvəlində, sonunda müəyyən müdaxilələr olmalıdır. Yaxud da dünyaya elə fərdlər gəlsə də, həmin ərəfədən istər cərrahi müdaxiləyə, istər profilaktikaya başlamaq lazımdır. Arvadların böyütdükləri uşaqlar qızvari olacaq. Yaxud da kişilərin içində böyüyən qız "erkək" olacaq. Elə qız uşaqları özlərini gələcəkdə "at balaxanım” kimi aparır. Qadının yanında böyümüş oğlan uşağına baxırsan, düşünürsən ki, bu, zənəndir görən, belə incəlik olar? Bu cür xəstəliklərin tənzimlənilməsi üçün maksimum tibbi imkanlar var. Daun sindrom bilirlər, belə də deyib barışırlar. Əvvəldən müdaxilə etmək lazımdır".

Hacı Təyyar bildirib ki, İslam dininə görə, əgər ananın sağlamlığına təhlükə yaranarsa, hamiləliyi sonlandırmaq lazımdır:

"Uşağın özünün sağlamlığına təhlükə yaranarsa, nə qədər ki, insan olmayıb, müdaxilə etmək lazımdır. 4 aylıq uşaq laxtalanmış qandır, hələ insan deyil ki. Hələ ürək döyüntüsü yaranmayıb, varlığa çevrilməyib, belə məsələlər nəzərə alınmalıdır. Yəni abort etmək mümkündür. Ailə üçün elə bir embrion yetişır ki, bütün ailəni bədbəxt edər. Məsələn, bilirsən ki, düşmən üstünə gəlir, ama ödürmək olmaz. Bilirsən ki, sən ona atmasan, o sənə atacaq, hamını qıracaq. Qabaqlayıcı tədbirlər görmək lazımdır. “Qismət belə imiş” məsələsi yoxdur. Gəlirlər ki, uşağıma ağıl duası yazdırmaq istəyirəm. Belə uşağın ana-atasına dua yazdırmaq lazımdır".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.084564