Saat:13:34
Haqqımızda

1,7 milyondan çox aksiz markası olmayan tütün məmulatı aşkarlandı - FOTO

2024-05-01 13:40:53

1,7 milyondan çox aksiz markası olmayan tütün məmulatı aşkarlandı - FOTO

Nəzarət tədbiri zamanı külli miqdarda satışa hazır aksiz markasız 23 növdə "Cavallo", "Platinium", "Milano" markalı tütün məmulatları aşkarlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən aksiz markasız tütün məmulatlarının idxalı və həmin məhsulların istehlak bazarında satışı hallarının qarşısının alınması istiqamətində birgə nəzarət tədbirləri davam etdirilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Əməliyyat idarəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən anbarda qanunsuz şəkildə aksiz markasız tütün məmulatlarının saxlanması halları aşkar edilib.

Həyata keçirilən operativ nəzarət tədbiri zamanı həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malların saxlanıldığı və satışının həyata keçirildiyi müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Abbasov Səbahi Cəfərqulu oğluna məxsus olduğu aydınlaşdırılıb. Səbahi Abbasovun vergi orqanında uçotuna durmadan qanunsuz sahibkarlıqla məşğul olduğu da müəyyən edilib.

Nəzarət tədbiri zamanı külli miqdarda satışa hazır aksiz markasız 23 növdə "Cavallo", "Platinium", "Milano" markalı tütün məmulatları aşkarlanıb. Aşkar edilmiş ümumilikdə 1.762.600 ədəd tütün məmulatı protokol əsasında götürülüb.

Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.

Külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib

Xatırladaq ki, bundan öncə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin və Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 1080000 (bir milyon səksən min) ədəd müxtəlif markalı siqaretlər aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşların diqqətinə çatdırır ki, iri vergi tutumlu aksiz markası ilə markalanmalı və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların (siqaretlər, alkoqollu içkilər və s.) qanunsuz idxalı, satışı, əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi, habelə bu qəbildən olan digər hərəkətlər dövlətin, bu sahədə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, habelə istehlakçıların mənafeyinə ziyan vurur və qətiyyən yolverilməzdir.

Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırmalar davam etdirilir.



1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.235832