“168.am”: Türkiyə qəzeti Zəngəzur dəhlizini Turan yolu adlandırıb

2022-07-30 14:07:00

“168.am”: Türkiyə qəzeti Zəngəzur dəhlizini Turan yolu adlandırıb

Türkiyənin hökumətyönlü “Sabah” qəzetinin saytında “Turan yolu gəlir: Türk dövlətlərini bir-birinə birləşdirəcək” başlıqlı məqalədə Zəngəzur dəhlizindən bəhs edilir, bu dəhliz Turan yolu adlandırılır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

“Sabah”ın məlumatına görə, Qarabağdakı qələbə sayəsində Türkiyə ilə Asiya arasında 1,1 trilyon dollarlıq ÜDM-yə sahib olan türkdilli ölkələri birləşdirəcək yeni dəhliz açılır. Türkiyə-Azərbaycan ticarət dövriyyəsinin 4,5 milyard dollara yaxın olduğu, bunun 15 milyard dollara çatdırılması hədəfinin də olduğu vurğulanıb. Qeyd olunub ki, dəhlizin açılması Gürcüstan və İran ərazisindən tranzitlə bağlı məhdudiyyətlərə son qoyacaq.

“Saytın iddiasına görə, bu yolun bu il istifadəyə verilməsi planlaşdırılır və onun istifadəyə verilməsindən sonra Cənubi Qafqazda iqtisadi əməkdaşlığın əsasını qoymaq mümkün olacaq. Bir daha vurğulanıb ki, Zəngəzur dəhlizi Çinin “Bir Kəmər, Bir Yol” layihəsi baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə nəşr bildirib.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061988