160 minlik ordu hücuma hazırlaşır!
2025-07-17 17:40:51
Hurriyyet.az xəbər verir ki, CNN kanalı analitiklərin və ukraynalı rəsmi şəxslərin açıqlamalarına istinadla Rusiyanın artıq yaxın günlərdə və ya həftələrdə böyükmiqyaslı yay hücumuna keçə biləcəyini bildirib. Mənbələrdə olan məlumata görə, cəbhə xəttinə 160 min nəfərə yaxın rusiyalı hərbçi toplaşıb.
Qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampın atəşkəs üçün verdiyi 50 günlük möhlət Moskvaya manevr etmək və Ukraynanın mövqelərinə təzyiqi artırmaq imkanları verir. Analitiklər bildiriblər ki, əsas şəhərlər - Pokrovsk, Konstantinovka və Kupyansk şəhərləri daimi zərbə və işğal təhükəsi altındadırlar. Sərt müqavimətə baxmayaraq, Rusiya qüvvələri yavaş-yavaş irəliləyirlər.
Hürr Tərcüman
