Saat:06:13
Haqqımızda

15 SENTYABR BİZLƏR ÜÇÜN STRATEJİ ÖRNƏKDİR

2025-09-15 16:19:14

15 SENTYABR BİZLƏR ÜÇÜN STRATEJİ ÖRNƏKDİR

15 sentyabr 1918-ci il tarixi - Azərbaycan və Türkiyənin siyasi həyatında ən şərəfli səhifələrdən biridir. Həmin gün Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak və xarici qüvvələrin işğalından azad etdi.
Bu, təkcə bir şəhərin qurtuluşu deyil ;  bütün Cənubi Qafqaz türklərinin milli mövcudiyyətinin təminatı idi.
 Azərbaycan Xalq Cümhuriyyəti ordusuz və silahsız olduğu bir zamanda -- Osmanlı Türk dövləti özünün düşdüyü ağır şəraitə baxmayaraq ;  Azərbaycana  qardaş yardımı əlini uzatdı. Qafqaz İslam Ordusu Gəncə, Kürdəmir, Şamaxı və digər bölgələrdə qanlı döyüşlərdən keçərək ;  Bakıya qədər irəlilədi. Minlərlə türk və azərbaycanlı igid şəhidlik zirvəsinə ucalaraq -- çox vacib tarixi  qələbəni qazandı.
  Bakının azad edilməsi --həm Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi; həm də regionda tarixi ədalətin bərqərar olması baxımından dönüş nöqtəsi oldu. 
 Qurban gedənlərin qanı ilə yazılan bu qələbə -- Anadolu ilə Qafqaz arasındakı sarsılmaz qardaşlıq körpüsünü daha da möhkəmləndirdi.
  15 Sentyabr –  təkcə Bakının qurtuluşu günü   deyil ; həm də  Anadolu və Qafqaz türklərinin  qardaşlığının təcəssümü tarixidir.
 15 sentyabr günü  XX əsrin əvvəlində  işğalçılara qarşı qələbəni təmin etdi ;  müasir dövrdə isə   regionun sabahına ümid və güc verir.
  1918-ci il hadisələrinin bu gün üçün də geosiyasi əhəmiyyəti olduqca böyükdür.
 Çünki , 107  il əvvəl  Bakının azadlığı yalnız Azərbaycan üçün deyil ; bütövlükdə türk dünyası üçün strateji təhlükənin qarşısını aldı.
 O zaman  Qafqaz üzərində nəzarəti ələ keçirmək istəyən böyük güclər (Rusiya, İngiltərə, Fransa və digərləri) bölgəni öz maraqlarına tabe etdirmək niyyətində idilər. Qafqaz İslam Ordusunun qələbəsi ; bu planların həyata keçməsini dayandırdı.
 Yaşadığımız indiki dövrdə də   oxşar tendensiyalar mövcuddur.
  Hazırda Qafqaz və Orta Asiya coğrafiyası -- enerji resursları, geostrateji mövqeyi və nəqliyyat dəhlizləri ilə yenidən qlobal rəqabətin mərkəzinə çevrilib. 
  Mövcud geosiyasi şəraitdə Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı : “bir millət, iki dövlət” konsepsiyası -- təkcə tarixi yaddaş deyil ;  həm də müasir geopolitikanın təməl sütunlarından biridir.
  15 Sentyabr  dərsi bizə öyrətdi ki : qardaş  türk xalqlarının birliyi ;  müstəqilliyimizin  qarantıdır. 
   Bu hadisə göstərdi ki : Anadolu və Qafqaz türkləri bir amal uğrunda çiyin-çiyinə dayananda ;  böyük güclərin ssenariləri puç olur. Məhz bu səbəbdən, 15 sentyabr 1918-ci il tarixi -- XXI əsrdə də türk dövlətlərinə yol göstərən strateji örnəkdir.

Qəvami SADIQBƏYLİ


Load Time (S) : 2.211102