15 erməni əsgərinin yanaraq öldüyü “hərbi hissə” azərbaycanlının evi olub - AzTV faktları üzə çıxardı - VİDEO

2023-01-26 10:05:00

15 erməni əsgərinin yanaraq öldüyü “hərbi hissə” azərbaycanlının evi olub - AzTV faktları üzə çıxardı - VİDEO

Yanvarın 19-da Ermənistan ordusunun 15 hərbçisinin ölməsi ilə nəticələnən yanğının baş verdiyi “hərbi hissə” ilə bağlı maraqlı fakt ortaya çıxıb. 

Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ermənilərin hərbi hissə adlandırdığı tikili əslində 35 il əvvəl yurd yerlərimizdən qovulan Basarkeçər rayonundakı Peşə məktəbinin müəllimi Kamandar Həsənovun evi olub. 

“AZTV Xəbər”in komandası 35 ildir ki, evlərindən kazarma kimi istifadə edilən ailə ilə görüşüb, həmsöhbət olub. Vətən həsrəti ilə dünyadan nakam köçən Kamandar Həsənovun oğlu deyib ki, evlərini  kadrlarda görən kimi tanıyıb.

Daha ətraflı “AZTV Xəbər”in reportajında tanış ola bilərsiniz: 

bizim.media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.215200