Saat:08:49
Haqqımızda

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

2024-05-03 22:28:32

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəməyə görə daha bir hərbçi həbs edilib. 

"Hurriyyet.Az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, N saylı hərbi-hissənin maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərov dövlətə dəymiş ziyanı ödəmədiyi üçün barəsində tədbir görülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti, Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin qərarı ilə E.Cəfərov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Cəfərovun işi üzrə dövlətə 2 milyon 200 min manat ziyan dəyib. 

Qeyd edək ki, Elvin Cəfərov bir müddət əvvəl Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin həbsdə olan rəisi general-mayor Nizami Məmmədovun məhkəməsində şahid qismində dindirilmişdi.

Sail Ağasəlim

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.198039