14 mindən çox abituryent tələbə ola bilməyəcək – İxtisas qrupları üzrə vəziyyət necədir?
.jpg)
Bu il ali məktəblərə 55900 plan yeri üzrə 70299 abituriyent ixtisas seçimi edib.
Təhsil eksperti Kamran Əsədov ixtisas qrupları üzrə ixtisas seçimi edən abituriyentlərin plan yerləri ilə müqayisəsini aparıb. Ekspert qruplar üzrə ali məktəblərə daxil ola bilməyəcək tələblərin sayını müəyyənləşdirib.
Beləliklə:
-1-ci qrup üzrə plan yeri 18386 ixtisas seçimi edənlərin sayı 21750 nəfərdir, bu qrup üzrə 3364 nəfər kəsiləcək;
-2-ci qrup üzrə plan yeri 13285 ixtisas seçimi edənlərin sayı 16322 nəfər təşkil edir, 3037 nəfər tələbə adını qazana bilməyəcək;
-3-cü qrupa gəldikdə, burada plan yeri 16067, ixtisas seçimi edənlərin sayı isə 19772 nəfərdir. Bu qrupda 3705 nəfər abituriyent kənarda qalacaq;
Ən az abituryentin üz tutduğu 4-cü qrup üzrə plan yeri isə 4100, ixtisas seçimi edənlərin sayı 5774 nəfər təşkil edir. Bu qrupda da 1674 nəfər kəsiləcək.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya