13 illik fasilədən sonra ilk dəfə - Ərdoğan fərman imzaladı
Hurriyyet.az xəbər verir ki, 13 ildən sonra Ankara Dəməşqə səfir təyin edib.
Türkiyə Prezidenti Nuh Yılmazın Suriyaya səfir təyin edilməsi haqqında fərman imzalayıb.
Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz Dəməşqə fövqəladə və səlahiyyətli səfir təyin edilib. Müvafiq fərman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imazlanıb.
Türkiyə 13 ildən sonra ilk dəfə səfir təyin edib. 2012-ci ilin martında bağlanan səfirlik 2024-cü ilin dekabrında yenidən açılıb. O vaxtdan bəri Türkiyənin maraqlarını müvəqqəti işlər vəkili Burhan Koroğlu təmsil edir.
Nuh Yılmaz Xarici İşlər Nazirliyindən əvvəl on il (2013-2023) indiki xarici işlər naziri Hakan Fidanın rəhbərliyi altında Türkiyə Milli Kəşfiyyat Təşkilatında işləyib.
Buh Yılmaz deyib: "Türkiyənin Suriya xalqına ən çətin anlarında göstərdiyi dəstəyin şəxsən şahidi olmuşam. Türkiyə dövləti olaraq, xalqlarımızın rifahı və çiçəklənməsi, ortaq gələcəyimizin yaradılması üçün suriyalı qardaşlarımızla birlikdə çalışmağa davam edəcəyik".
Hürr Tərcüman
