13 ildən sonra ilk dəfə! Türkiyə diplomatı...
Hurriyyet.az "Türkiye" nəşrinə istinadla xəbər verir ki, 13 illik fasilədən sonra ilk dəfə Türkiyə Suriyada səfir səviyyəsində təmsil olunacaq.
Dekabrın 22-dən etibarən Türkiyənin Dəməşqdəki səfiri Nuh Yılmaz öz vəzifəsinin icrasına başlayacaq.
Nuh Yılmazın Türkiyənin Suriyadakı səfiri vəzifəsinə tyəin edilməsi barəsində elan oktyabr ayında verilmişdi. Noyabrda isə Türkiyə Prezidenti R.T.Ərdoğan müvafiq qərarını imzalayıb.
Ondan əvvəl Türkiyəni müvəqqəti işlər vəkili Bürhan Köroğlu təmsil edib.
Nuh Yılmaz 2-13-cü ildə Türkiyənin Milli Kəşfiyyat İdarəsində xidmətə başlayıb. 2023-cü ilə qədər orada Türkiyənin indiki xarici işlər naziri Hakan Fidan ilə birlikdə işləyib. Hakan Fidanı XİN rəhbəri təyin edilməsindən sonra Yılmaz da bu nazirlikdə işə başlayıb, nazirin baş müşaviri, strateji araşdırmalar mərkəzinin sədri vəzifələrini tutub.
Hürr Tərcüman
