Saat:05:27
Haqqımızda

13 il sonra ABŞ diplomatları Dəməşqə qayıdır: "Suriyanın adı siyahıdan silinəcək"

2025-05-29 17:36:02

13 il sonra ABŞ diplomatları Dəməşqə qayıdır:

Hurriyyet.az TASS informasiya agentliyinə xəbər verir ki, ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Suriya dövlətinin adının terrorçuların sponsorları siyahısından silinəcəyini xəbər verib. 
Bu barədə "Syria TV" telekanalı məlumat verib.
Xüsusi təmsilçinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyasının əsas məqsədi "indiki Suriya hökumətinin hüquq və imkanlarının genişləndirilməsidir". Tom Barrak Suriya ilə İsrailin münasibətlərinin "həll edilməsi mümkün problem olduğunu" söyləyib, iki ölkə arasında dialoqun mümkün olduğunu deyib.
"Əl İxbariyyə" telekanalının məlumatına görə, Birləşmiş Ştatların xüsusi nümayəndəsi Dəməşqdəki Xalq sarayında Suriyanın keçid dövrü Prezidenti Əhməd əl Şaraanın qəbulunda olub.
13 illik fasilədən sonra mayın 29-da səhər saatlarında ABŞ-nin Dəməşqdəki səfirinin iqamətgahının açılışı olub. 
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.177257