“120 min soydaşını qorumaqdan boyun qaçıran dövlət istehza və təhqirə layiqdir" - Kazinyan

2022-12-16 00:08:00

“120 min soydaşını qorumaqdan boyun qaçıran dövlət istehza və təhqirə layiqdir

120 min soydaşını qorumaqdan imtina etməyə qadir olan dövlət başqa dövlətlərin hörmətini qazana bilməz.

Hurriyyet.Az xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan Facebook səhifəsində Şuşa-Xankəndi yolundakı vəziyyətə münasibət bildirərkən yazıb.

“120 min soydaşını qorumaqdan boyun qaçıran dövlət başqa dövlətlərin hörmətini qazana bilməz və daim təhqir və biabırçılığa məruz qalacaq” – deyə Kazinyan qeyd edib.

120 min soydaşını atıb getmiş bir xalqın millət adlanmağa haqqı yoxdur, yaşayış yerindən, vətəndaşlığından asılı olmayaraq istehzaya, təhqirə layiqdir. Ermənistandan kənarda yaşayan ermənilər, bu gün vətəninizi, soydaşlarınızı müdafiə etməsəniz, sabah biabırçılıqdan öz şəhərinizdə açıq üzlə gəzə bilməyəcəksiniz, məsxərəyə qoyulacaq, alçaldılacaqsınız. Onlar sizinlə iş görməyəcəklər, çünki tərəfdaşlarınıza etibarsız, satqın, etibar edilməyən bir insan kimi görünəcəksiniz. Düşün və başını qumda gizlətmə…”, – Artur Kazinyan yazıb. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.194498