Saat:21:27
Haqqımızda

120 min qırğız qaçqına çevrildi, tacik hərbçiləri onların evlərini yandırdılar, kəndləri atəşə tutdular

2022-09-16 22:07:00

120 min qırğız qaçqına çevrildi, tacik hərbçiləri onların evlərini yandırdılar, kəndləri atəşə tutdular

Hurriyyet.az Centrasiya.org saytına istinadla xəbər verir ki, Qırğızıstanın Batken və Leylek rayonlarının Tacikistanla sərhəd kəndlərindən 120 minə yaxın vətəndaş təxliyə edilib. Bu barədə Prezidentin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsinin birinci müavini Marufxan Tulayev canlı yayımda məlumat verib.

Onun sözlərinə görə, Batken vilayətinin Səmərqəndək və Ak-Say vilayətlətinin kənd rayonlarında vəziyyət gərgin olaraq qalır.

"Saat 16:00-a qədər bütün sərhəd xətti boyunca atəşkəs olması barədə razılığa gəlinməsinə baxmayaraq, Tacikistan tərəfi Min-Bulak, Min-Oruk kəndlərini atəşə tutmaqda davam edir. Sərhəd ərazilərində yaşayanların evləri yanır. Leylek rayonunun aşağı zonasında atəşlər dayanmayıb. Oradan bütün sakinlər təxliyə edilib. Hazırda orada yalnız hərbçilər var”, - deyə Marufxan Tulayev bildirib.

Sərhəd kəndlərinin sakinləri müvəqqəti olaraq Kadamcai rayonuna yerləşdiriliblər.

Marufxan Tulayev deyib: “Biz Fərqanə vilayətinin rəhbərliyi ilə əlaqə saxladıq. Onların dəstəyi ilə 120 minə yaxın insanın daşınması üçün Sox anklavı vasitəsilə tranzit dəhlizi təşkil etdik”.

 

O, həmçinin Ak-Say kəndindəki məktəbin tacik hərbçiləri tərəfindən zəbt edilməsi barədə məlumatı təsdiqləyib.

"İndi Ak-Say kəndi ilə heç bir əlaqə yoxdur. Orada 16 mobil operator qülləsi və 35 elektrik xətti zədələnib. Biz Xocayev adına məktəbdən aktual məlumat ala bilmirik".

Qurum rəsmisi onu da bildirib ki, hazırda Batken rayonunda dərmanla bağlı heç bir problem yoxdur. Oş vilayətindən 5 həkim briqadası gəlib. İndi ora Nookat, Aravan və Qızıl-Kiya rayonlarından həkim briqadaları göndərilib. Patrul xidməti yollarda hərəkətə nəzarət edir. Hemodializ və təcili tibbi yardıma ehtiyacı olan insanlar təyyarə ilə Bişkekə aparılaraq xəstəxanalara yerləşdiriliblər.

"Hazırda hökumətin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsi Qızıl-Bel keçid məntəqəsində Soqd vilayətinin rəhbərliyi ilə danışıqlar aparır. Amma hələlik heç bir nəticə yoxdur", - deyə Marufxan Tulaev əlavə edib.

Sentyabrın 16-da səhər saatlarında Qırğızıstan və Tacikistan sərhədində eyni zamanda bir neçə məntəqədə atışma başlayıb. Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin məlumatına görə, səhər saat 6:00 radələrində Tacikistan tərəfi sərhəd dəstələrini və Qırğızıstan tərəfinin mövqelərini atəşə tutmağa başlayıb. Daha sonra Tacikistan tərəfi Leylek və Batken rayonlarının sərhəd zastavalarını və sərhəd kəndlərini minaatanlardan atəşə tutub. Artıq 55 nəfər yaralanıb, həlak olanlar var. Sentyabrın 14-də atışma olub və bu gün də davam edir. Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı qarşıdurma nəticəsində Batken və Leylek rayonlarının 7  kəndinin sakinləri evlərini tərk ediblər.

Hürr Tərcüman.
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR