12 nəfərin imtahan nəticələri ləğv olundu

2022-07-22 17:26:00

12 nəfərin imtahan nəticələri ləğv olundu

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 6-7 iyul 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. 

Mərkəzdən Yenisabah.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 29398 abituriyentdən (II qrup üzrə 12778 nəfər, III qrup üzrə 16620 nəfər) 509 nəfəri (II qrup üzrə 301 nəfər, III qrup üzrə 208 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.048690