Saat:09:08
Haqqımızda

12 dövlətin XİN rəhbərləri Borreli Gürcüstanla bağlı təcili açıqlama verməyə çağırırlar

2024-05-13 16:00:56

12 dövlətin XİN rəhbərləri Borreli Gürcüstanla bağlı təcili açıqlama verməyə çağırırlar

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının 12 ölkəsinin xarici işlər nazirləri Avropa diplomatiyasının rəhbəri Josep Borreli Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin nəzərdən keçirilməsi fonunda yaranan vəziyyətlə bağlı təcili açıqlama verməyə çağırıblar.
"Newsgeorgia" saytının yazdığına görə, onlar mübahisəli qanunun qəbul ediləcəyi təqdirdə,Aİ tərəfindən hansı cavab tədbirlərinin görüləcəyini dəqiq qeyd etməyi xahiş ediblər.
Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İrlandiya, Latviya, Litva, Hollandiya, Polşa və İsveçin xarici işlər nazirləri bu tələblə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə müraciət ediblər.
Bəyanatda deyilir: “Bu gün  verilən birbaşa və aydın mesaj Gürcüstanın sabahkı Avropa gələcəyini təmin etmək üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də Gürcüstanın hakim partiyası Aİ-nin əsas norma və dəyərlərinə uyğun gəlməyən qanunu qəbul etməyə davam edərsə, meydana çıxacaq konkret nəticələri qeyd etmək lazımdır. Bizim prinsipial mövqeyimiz və qətiyyətli addımlarımız öz ölkəsinin Avropa gələcəyinə can atan gürcü xalqının bizdən gözlədiyi davranışdır”.
Aİ ölkələrinin xarici işlər nazirləri hesab edirlər ki, “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin son çıxışından sonra ölkə hökumətinin “demokratik Qərbdən və onun standartlarından” uzaqlaşdığı bəlli olub. Nazirlər bu kontekstdə “dinc nümayişçilərə və etirazları işıqlandıran jurnalistlərə qarşı zorakılığı” xatırladıblar.
Bəyanatda deyilir: “Dərin təəssüf hissi ilə qeyd edirik ki, Gürcüstan hökuməti ölkənin Avropa və Avro-Atlantik inteqrasiyasını inkişaf etdirmək imkanını təhlükə altına atmaq yolunda görünür".
“Biz sizdən xahiş edirik ki, təklif olunan qanunun doqquz addımın icrasına necə təsir edəcəyi barədə dərhal Avropa Komissiyasına şifahi məlumat verəsiniz... Sizdən bunu prioritet məsələyə çevirməyinizi və bu ictimai qiymətin Gürcüstan parlamentindəki səsvermənin yekunlaşmasına qədər verilməsini təmin etməyinizi xahiş edirik".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.243882