Saat:10:28
Haqqımızda

“12-ci İmam” işində növbəti ŞOK! “Zərərçəkmişlərin” kütləvi şəkildə məhkəməyə gəlməməsi onların peşman olduqlarını göstərir

2023-05-24 17:25:00

“12-ci İmam” işində növbəti ŞOK! “Zərərçəkmişlərin” kütləvi şəkildə məhkəməyə gəlməməsi onların peşman olduqlarını göstərir

"ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində “zərərçəkmiş” qismində tanınan Baxışzadə Mehman, Quliyev Əli, Cəfərov Heydər, Əliyev Əli barəsində yenidən  məcburi gətirilmə barədə xəbərdarlıq edilməyinə baxmayaraq, onlar yenə məhkəmə iclasına gəlməyiblər.

Hakim Eldar Ismayılov həmin şəxslər barəsidə hansı tədbir görəcəyi barədə prosess iştirakçılarının rəylərini dinləyib. Dövlət ittihimaçısı həmin şəxslərin istintaqda verdikləri ifadələrinin elan edilməsini təklif etsə də, Aqil Babayevin vəkilləri bununla razılaşmayıblar. 

Belə ki, Vəkil Əli Hüseynov “Necə olur ki, BMCMİ istintaq orqanı həmin şəxsləri 1 saatın içində tapıb ifadə ala bilir, lakin məhkəmə hazırda onları gətirməkdə çətinlik çəkir? İstintaq orqanında ifadə verən şəxslər, niyə “zərərçəkmiş” kimi tanınmaqlarına baxmayaraq məhkəməyə gəlməsinə maraq göstərməsin? “Zərərçəkmişlərin” kütləvi şəkildə məhkəməyə gəlməkdən boyun qaçırması peşman olmaqlarının göstəricisi deyilmi? Həmin şəxslər istintaq orqanına verdiyi ifadələrinə zidd olaraq gəlib, Aqil Babayevin xeyrinə ifadə vermək istəyirlərsə, istintaqda verilən ifadələri oxumaq, nə qədər həqiqətə uyğun olar?” deyə məhkəməyə müraciət edib.

Hakim Eldar İsmayılov müşavirə keçirdikdən sonra, həmin şəxslər barəsində yenidən məcburi gətirilmə ilə bağlı daha ciddi tədbir görülməsinə dair qərar alaraq, növbəti məhkəmə prosesini mayın 31-nə təxirə salıb.

Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12-ci İmam” adı altında həbs ediblər. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.

Jalə FAMİLQIZI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR