Saat:16:53
Haqqımızda

“12-Cİ İMAM” İŞİNDƏ NÖVBƏTİ ŞOK! - “Zərərçəkmiş”: “Hətta Qafqaz Müsəlmanları İdarəsinin cavab verə bilmədiyi suallara belə, Aqil Babayev cavab verib”

2023-05-17 19:58:00

“12-Cİ İMAM” İŞİNDƏ NÖVBƏTİ ŞOK! - “Zərərçəkmiş”: “Hətta Qafqaz Müsəlmanları İdarəsinin cavab verə bilmədiyi suallara belə, Aqil Babayev cavab verib”

"ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində “zərərçəkmiş” şəxslər barəsində dəfələrlə məcburi gətirilmə qərarı olmasına baxmayaraq, onlar məhkəməyə gəlməmişdilər. Həmin şəxslər məhkəmədə iştirak etmədikləri üçün hakim Əsgərov İlham Yaqub oğlunun ifadəsini elan etmişdir.

Belə ki, “zərəçəkmiş” İlham Əsgərovun ifadəsində qeyd edilib ki, o, diş hakimi olaraq çalışır. Aqil Babayevi 2001-ci ildən tanıyır. Müayinə və müalicə zamanı Aqil Babayevlə aralarındakı söhbətdən aydın olub ki, Aqil Babayevin heç bir dini savadı, dini təhsil yoxdur. Müalicə vaxtı Aqil Babayevə verdiyi suallara o, gözəl izahatlar vermiş, cavabları onu cəlb etdiyinə görə belə başa düşmüşdür ki, həmin şəxs 12-ci İmamdır.

İlham Əsgərov bildirib ki, dəfələrlə Aqil Babayevə məxsus bağ evində olub.

Sonra ifadəsində qeyd edib ki, bir gün Aqil Babayevlə Əhmədli qəsəbəsində bir din aliminin yas mərasimində iştirak ediblər. Həmin məclisdə Qafqaz Müsəlmanları İdarəsindən də din alimləri olub. Bu zaman dindarlar arasında maraqlı söhbətlər olur, bir çox səslənən dini suallara QHİ din alimləri cavab verə bilmirlər, lakin Aqil Babayev həmin sualları cavablandıraraq, sanki onlara dərs keçirmiş. Həmin vaxt məclisdə iştirak edənlər Aqil Babayevə baxıb, onun dini təhsilnin nə olduğunu soruşurlar. Aqil Babayev isə heç bir dini təhsili olmadığını bildirib.

İlham Əsgərov hər ay minimum 100 manat olmaqla, ümumilikdə 17 min 300 manat zəkat verdiyini qeyd edib. 08.06.2021-ci ildə Daşqın Aslanovdan eşitdiyinə görə, bir sıra şəxslər, yəni Anar Aslanov, Kave Bəhruz, Fuad Məmmədov və digərləri Aqil Babayevə məxsus bağ evində olublar. Sonra isə Daşqın Aslanov, Fuad Məmmədov və digərləri ona bildiriblər ki, ”Aqil Babayev bizi aldadıb.”

Aqil Babayev isə bildirib ki, Əsgərov İlham dəfələrlə ona məxsus bağ evində qonaqlıqda iştirak edib, digər məsələlər isə cəfəngiyyatdır. O bildirib ki, özünün kifayət qədər imkanı olduğu üçün heç bir zəkata ehtiyacı olmayıb.

Hakim Eldar İsmayılov məhkəmə proseslərini dəfələrlə gəlməyərək yubadan, araşdırmanın ədalətli aparılmasına mane olan Baxışzadə Mehman, Quliyev Əli, Cəfərov Heydər, Əliyev Əli barəsində yenidən məcburi gətirilmə barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12-ci İmam” adı altında həbs ediblər. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Növbəti məhkəmə prosesi mayın 24-nə təyin olunub.

Şahid qismində ifadə verən Layiq Şıxəliyevdən etiraf: “Aqil Babayev  mənzilləri 200 min dollar qarşılığında alıb”

Jalə FAMİLQIZI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR